beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzünə yaraşan saç kəsimi hansıdır?

Saçınızı kəsdirmək istəyirsinizsə, diqqətli olun! Çünki hər üz quruluşunun özünə yaraşan bir forması var. Aşağıda sizə üz quruluşuna görə, yaraşan saç formalarını təqdim edirik.

Yumru üz
Üzünüzün yumruluğunu kiçiltmək istəyrisinizsə, saçınızın formasını daha qabarıq göstərən modellər seçə bilərsiniz. Önə doğru kəsilmiş saç forması üzünüzü bir az olsun incə göstərə bilər.

Kvadrat üz
Belə üz quruluşu olan insanların üzündə sərt ifadəsi olur. Üzünüzdəki sərt ifadəni azaltmaq istəyirsinizsə, saçınıza yumru formada olan modellər verməlisiniz.
Düzbucaqlı üz quruluşu
Başda dəyişiklik edən zaman o qədər də hiss olunmayan üz formasıdır. Gicgah sümüyünü örtəcək kəsimlərə uyğun olan saç modellərinə sahib ola bilərsiniz.

Üçbucaq üzlər üçün
Saçforması daha neqativ olan üz quruluşudur. Bunun üçün saçları aşağıdan yuxarıya doğru azaldaraq gicgah hissəyə qədər qısalda bilərsiniz.

Paxlavavari üz
Bu ən məşhur üz qurulşudur. Bu üz formasına uzun, qısa, düz, dalğalı modellərdən istifadə edı bilərsiniz. Sadəcə bunları edərkən saç ustanızla danışın. Boyunuza, çəkinizə, ya da üzünüzdə nəyin arxa planda, nəyin isə ön plana çıxmasını istədiyinizi seçərək qərar verin.

Bunları unutmayın
Üz quruluşuna görə, saç kəsilərkən ustanızla uzun bir dialoq etməli, üzünüzü ya da saçınızı ön plana çıxarmaq istədyinizi bilməlisiniz. Kilo, boy, geyim tərziniz hətta, hansı xarakterdə insan olduğunuzu düşünərək saç formasını dəyişdirməlisiniz.


Tarix: 12.05.2013 / 17:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri