beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara məni basınca...

Dünyanın aparıcı modelyerlərinin fikrincə, bu qışın əsas rəngləri tünd tonlardan ibarət olacaq. Təbii ki, qara rəng də buraya daxildir. Kim fikirləşirsə, qış darıxdırıcı və melonxolik keçəcək böyük səhv edir.
QARA rəng geyimdə ən parlaq rəng hesab olunur. Kostymun formasından və tikildiyi parçadan asılı olaraq, bu rəng inanılmaz möcüzələr yarada bilər. Bəzi modelyerlərin fikrincə, obrazın formasına və əhval ruhiyyəsinə fakir vermək lazımdır. Qara rəngdə geyimi də buna əsasən seçmək lazımdır.
Qara rəngin əsas tendensiyalarından biri də aksessuarların və geyimin qara rəngdə olmasıdır. Tonu yumşaltmaq üçün modelyerlər, obrazın geniş metal kəmərlər, parıltılı düymələr və kürkdən biçilmiş parçayla bəzədilməsini tövsəyə edir. Qaranın ciddi rəng olmasına baxmayaraq, onun bir sıra üstün cəhətləri var.
QARA RƏNG
Hamıya yaraşır
Vizula cəhətdən insanı qamətli göstərir
Hər bir rənglə uyğunlaşır
Bu rəng daha arıq göstərir
Beləliklə bu rəng universaldır.
Hansı parça növü seçirsən seç (atlas, məxmər və ya tül), bu rəngdə çox eleqant və zərif görünəcəksən. Qara rəng dəbdən heç vaxt düşməyəcək. Hamı bilir ki, qara rəng digər rənglərlə asanlıqla uyğunlaşır. Qara şalvar və ya paltar parlaq rəngdə olan top köynəklərlə, ayaqqabılarla və ya aksessuarlarla çox gözəl ahəng yaradır.
Makiyaja gəldikdə isə tünd rəngli kölgələr və qələmlə çəkilmiş oxlara üstünlük verilir. Kirpiklərinizi mütləq boyayın. Dodaq boyasından istifadənin iki variantı mövcuddur. Günorta təbii rənglərə yaxın rənglərdən, axşam isə bir az parıltı və rəng əlavə olunmuş boyadan istifadə olunmalıdır. Son nöqtəni isə ətir vuraraq tamamlya bilərsiniz.


Tarix: 12.05.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri