beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə izah edə bilmədiyim duyğularım (1-ci bölüm)
Sənə izah edə bilmədiyim duyğularım (1-ci bölüm)

(Real-fantaziya, 50-50)
Dramatik səhnələri özündə canlandıran, heç də hekayələrdəki ssenarilərdən geri qalmayan bu əhvalat şərqdə-qərbdə yox, ölkəmizdə baş verib.

1-Cİ BÖLÜM
Günortadan bir xeyli keçirdi. Açaarı qıfıla salıb burdu. Qapını açıb içəri girdi. Plaşı əynindən çıxardıb asılqandan asdı. Güzgüdə özünə tamaşa etdi. Gözəl idi. Həm də çox gözəl. Qarşısıalınmaz cazibəyə malik gözəl.
Yataq otağına keçib çarpayıda əyləşdi. Dikdaban ayaqqabılarından azad olub ayağa qalxdı. Geyimlərini çıxartmağa başladı. Xalatla qəftəni əlinə alıb vanna otağına doğrulandı.İsti duş qəbulu. Gecənin yorğuluğu axıb gedirdi. Gözləri qapanmış durumda bədənini sabunlayırdı.
Əynində xalat, başında qəftə, ayaqlarında ev ayaqqabısı ilə mətbəxə keçərək elektrik çaydanla çayniki işə qoşdu. Soyuducunun qapağından acı şokolad parçasını götürdü.
Zala daxil olub divanda əyləşdi. Pultu əlinə alıb televizoru qoşdu. Xəbərlər, şoular, filmlər, cizgi filmləri, seriallar, verilişlər, reklamlar. Televizorun ekranı qaraya çevrildi. Gözlərini qaraya zilləyərək acı şokolad parçasından dişləm aldı.
Ayağa qalxıb masa arxasına keçdi. Noutbuku işə saldı.İnternetə daxil oldu.Telefon zəngi.Ev telefonu idi. Əlini uzadıb dəstəyi götürdü.
-Axşama möhtəşəm ol!-təhdidedici səs sahibi sözünü deyib zəngi bitirdi.
Stulun söykənəcəyinə kürəyini verib bomboş gözlərini müəmmalı nöqtəyə zillədi.
Axşam. Əynində dərin dekolte.Üzünü incələyə kobud barmaqlar. Gözlərinə baxaraq iyrənc təbəssümünü nümayiş etdirən "cənab”. Əli ilə sinəsindən itələyib yatağa yıxdı. Heç bir reaksiya vermədi. Susqun baxışlarını "cənab”a zilləyib nəfəssiz halında idi. "Cənab” pencəyini çıxardıb döşəməyə atdı. Əlini uzadıb "o”nu çarpayıdan qopartdı. Əllərini sinəsində gəzdirib çənəsindən yapışışıb bərk sıxdı.
-İşinə başla görüm...
Paltarlar yerə səpələnmiş durumda.Ağırlığını gözəl bədənə salıb öpüşlərə qərq etməyə başladı.
Ayaqlarını aralayıb müştərisini qəbul etdi.
-İniltini eşitmək istəyirəm,-deyə kobudcasına tələbini bildirdi.
İşini bitirdikdən sonra mələfəni kənara atdı. Qalxıb əyləşdi. Gözləri qapandığında 2 damcı göz yaşı yanağı boyunca süzüldü.Cəld əlinin tərsi ilə sildi.
Bəli, o-fahişə idi.
Səhər açıldı.Pulları sahibinin masasina buraxdı. Siqaretini dodaqlarından götürüb barmaqları arasına aldı. Gözələ o məşhuri-cahan baxışı ilə baxıb pulları saymağa başladı. Əskilmək bilməyən sevinc peyda oldu üzündə.
-Afərin!
Kabinetdən çıxdıqda "kolleqa”ları ilə üz-üzə gəldi.
Adı Dinara olsa da, fahişə adı "Eleonora” idi. Fransız mənşəli olan bu adın mənası "parıldayan” idi. Doğrudan da parıldayırdı. Getdiyi hər məkanda gözləri öz üzərinə çəkməyi bacarırdı. 26 yaşı bu yaxınlarda tamam olmuşdu. Təbii gözəlliyə malik idi. Az danışardı. Üzü gülməzdi. Həmişə susqun vəziyyətində idi.
Qapını açıb evə daxil oldu. Divara söykənərək ağır-ağır sürüşdü. Və birdən hönkürtü ilə ağlamağa başladı. Nadir hallarda ağlayırdı. Həm də göz yaşlarını hər kəsdən gizlədərək. İstəmirdi kiminsə onun ağlar vəziyyətini görməsini.
Səhəri baş ağrısı ilə açdı.Özünə qəhvə hazırladı.Bu zaman telefonun zəngi yüksəldi.Bu dəfə ev telefonu deyildi. Tumbanın üstünə qoyduğu mobil telefonun ekranına baxdı. Anonim. Üzündəki soyuq ifadəni dəyişmədən zəngi qəbul etdi.
-Buyurun.
-Mən jurnalistəm,-qətiyyətli kişi tonu.
-Yanlış ünvan!=qətyyətlə dedi.Özünü itirmək nədir bilmirdi ümumiyyətlə.
-Sizin hansı peşə sahibi olduğunuzu bilirəm.
-Və?
-Müsahibəyə razılıq verin.
-Ölümə xoş gəldiniz,-deyib zəngi sonlandırdı.
Telefonunu dinləyən "sahib”i dərhal o jurnalistin qətlinə fərman verdi.Xəbərlərdə müəmmalı qətli dinləyib heç nə olmamış kimi jurnalı vərəqləməyə başladı.
Nahar qəbulunu restoranların birində etdi. İstər-istəməz yadına keçmişi düşdü. 7 yaşlı balaca qız uşağı. Hər axşam atası tərəfindən qəddarcasına döyülən anasının qanlı üzü.Atasının bu hərəkətlərinə heç vaxt anlam verə bilməmişdi.Tanış-bilişlərdən heç biri onların ailəvi işlərinə burun soxmazdı. Qorxardılar atamdan. Qüvvətli adam idi. Əzələlərini görən kəs belə qorxuya düşərdi. Əyyaş olan atası arvadının müəllimlikdən qazandığı pulları ondan qopardıb içkilərə, barlara, fahişələrə-bir sözlə gecə həyatına xərcləyirdi. Fəhlə çalışan atası arvadına etdiyi zülmləri qızına da edərdi.Kənarda durub atası yalvarışı, göz yaş axıtması kişiciyəzin onsuz da pozulmuş əsəblərinə daha da mənfi təsir göstərirdi Balaca qızcığazı ayaqları altına salıb döyərdi. Amma 3-4 təpikdən sonra arvadı cəld girərdi araya. Gecəni bir=birilərinin yaralarını sarımaqla və səssiz axan gözyaşları ilə keçirirdilər. Bəzən səhərə qədər yata bilmirdilər.Ətrafda yaşayan hər kəs onları başına gələn müsibəti bilirdi.Dinara ilə anasının üzünü görən hər kəs heç nə soruşmamağı üstün bilirdi. Məktəbdə ikən qızcığaz çox sıxılırdı. Dərslərin tez bitməsini arzulayırdı. Ona yönələn hər baxış rəsmən işgəncə idi qıza. Üzündə açıq-aşkar görünən göy-qırmızı-qəhvəyi ləkələrin sayı azalmaq əvəzinə, getdikcə artırdı.Lövhəyə çıxıb dərs danışdıqda gözlərin yerə zilləyirdi. Yanında əyləşən İnciyə belə baxmırdı. Tənəffüsdə isə oturduğu yerdən tərpənmirdi. Evə gələn kimi anasına ev işlərində bacardığı qədər kömək edirdi. Atasına xoş gələr deyə süfrəni gözəl bəzəyərdi, qab-qacaqları tər-təmiz yuyardı,evin tozunu alardı. Ki, atası anasına zülm verməsin. Amma olmurdu. Lənət olsun k, hər gecə eyni olay təkrarlanırdı. Aldığı travmaların sayı getdikcə artırdı.
Anası atasının təpikləri ucbatından dünyasını dəyişdi. 2-3 gün otağından çıxmadı. Hıçqırıqla ağlayırdı.Yemirdi, içmirdi. Anasını geri istəyirdi. Atası dözdü, dözdü, axırda partlayıb qapını ayağı ilə sındırdı. Qızına şillə dalınca şillə zərbəsi endirdi. Dinara onun qorxulu baxışları altında evi səliqə-sahmana salmağa başladı. 40dan sonrra atası evinə təzə qadın gətirdi. Ögey anasının ona zillənən nifrət dolu baxışları ilə qarşılaşan qızcığaz daha atasından deyil, ögey anasından qorxmağa başladı. Evdəki hakimiyyət qadının əlinə keçmişdi. Atası bundan xoşlanmasa da, razılaşmaqdan başqa çarəsi yox idi. Dinara köhnə geyimlərlə dərsə gedib gəlirdi. Ev işlərini görüb çəkilirdi otağına. Otağı onsuz da balaca, darısqal idi. Burda dərslərini hazırlayıb yatırdı.
2 ildən sonra ögey bacısı doğuldu.Ona yaxınlaşmağa belə icazə yox idi Dinaraya. Sanki bu qız cadugərgir, bacısına nəsə edəcək. Uzaqdan-uzağa baxırdı ona.
Məktəb üçün lazım olan ləvazimatları qonşuları alırdılar ona. Qıza yazığı gəldikləri üçün belə addım atırdılar.Atası gec-tez xəbər tutsa da heç nə demirdi. Amma ögey anasının ölümcül baxışlarını görən kimi nəfəsini tutub saxlayırdı. Qadın soyuq, yağışlı-qarlı havalarda qıza əzab verməyi xoşlayırdı. Qarlı günlərin birində qızı məktəbə idman ayaqqabısında getməyə məcbur etdi. Bir dəfə payız gödəkçəni geyindirdi əyninə. Gah da şərfsiz-papaqsız qoyurdu...
Lara Fabianın mahnıları.Evdə. Divanda uzanıb keçmişini vərəqləyirdi. Gözləri qapanıb açılırdı. Reksiyasız.Soyuq və quru. Ev telefonunun zəngi. Ayağa qalxıb zəngi qəbul etməkdən başqa yolu yox idi.Xarici görünüşə baxılanda soyuq biri idi, amma "iş”ində ehtiraslı idi...


Tarix: 29.04.2015 / 09:49 Müəllif: Aziza Baxılıb: 423 Bölmə: Maraqli Hekayeler