beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xətti uzatmaq...

Bir müəllimin sinifdə çox bacarıqlı, ancaq çox qısqanc bir şagirdi var idi. Bir gün müəllim bu şagirddən:
— Nə üçün sinifdəki yoldaşlarının uğurlarını qəbul etmək istəmirsən? — deyə soruşdu.

Şagird cavab verdi:
— Çünki onların məni keçməsinə dayana bilmirəm. Çünki sinifdə ən birinci mən olmaq istəyirəm.
Bunu eşidən müəllim lövhəyə bir xətt çəkdi və şagirddən:
— Elə isə de görüm, bu xətti necə qısalda bilərsən? — deyə soruşdu.

Şagird əlinə bir silgi götürdü və müəllimin çəkdiyi xətti böldükcə o xəttlər hər biri arı-ayrı xətlərə "çevrildi". Təbii ki, müəllim şagirdin bu cavabını qəbul etmədi. Xəttin yanına daha uzun bir xətt çəkdi və sonra:
— İndi o biri xətt necə oldu? — deyə soruşdu.
Şagird cavab verdi:
— Qısaldı!..

Nəhayət müəllim son nöqtəni qoydu:
— Unutma, biliklərini və bacarıqlarını artıraraq öz xəttini uzatmaq, biliklərini və bacarıqlarını azaldaraq başqalarının xəttini qısaltmaqdan daha yaxşıdır...


Tarix: 03.12.2014 / 13:44 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqli Hekayeler