beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfsi hesaba çəkəcək suallar-4

Ey müsəlman!
Bil ki, bu həyat, bu ömür qısa, ləzzətləri keçici olan, lakin insan nəfsinə gözəl görünən bir ömürdür. Necə ki, Allah Təala buyurur:
“Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstəril-mişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.” (Ali-imran, 14)

Əbu Dərda (Allah ondan razı olsun) ölüm ayağında ikən ağlayaraq yanındakılara belə deyir:
“Bu anı, bu saatı, bu günü üçün əməl edən bir kişi varmı?”

Əbu Hüreyrə (Allah ondan razı olsun), o kimsə ki, günlərini Allaha ibadətdə keçirərdi, elm tələbəsi ölməzdən əvvəl ağlayardı. Soruşardılar: “Ey Əbu Hureyrə! səni ağladan nədir?” O da belə cavab verərdi: “Səfərin uzunluğu, azuqənin azlığı, imanın zəifliyi və sirat üzərindən keçərkən ora düşmək qorxusu”. O, ölümündən qabaq bu sözləri deyərək ağlayırdı.

Amma biz nə deyirik?

Biz ki, günlərimizi günahlarla keçiririk. Əgər bizdən biri o anları lazımınca fikirləşsə Vallahi gözü ilə harama baxa bilməz, televizoru aça bilməz. Əgər orada əxlaqsız verilişlər varsa, Vallahi artıq münkər məclislərinə gedə bilməz (əgər o anları lazımınca haqqı ilə fikirləşərsə). Hər bir kəs ölümə məhkumdur. Fərqi yoxdur, İstər varlı, kasıb, gözəl, çirkin, güclü, zəif, böyük, kiçik, alim və cahil olsun. Ölüm hər bir bəşərin sonudur. Allah Təalə buyurur:

“Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.” Ali-İmran, 185

Əgər Allah kiməsə əbədi həyat vermək istəsəydi, o da sevimli peyğəmbəri Məhəmməd (ona Allahın salavatı və salamı olsun) olardı. Amma o da öldü. Allah Təalə buyurur:
“Əslində, sən də öləcəksən, onlar da öləcəklər!” Əz-Zumər, 30

Ey müsəlman!

Hər bir insan ölüm həqiqəti ilə üzləşir və ölümdən qaçmaq mümükün deyil. Allah Təalə həmin an barədə buyurur:
“ Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman; “Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi və baldır baldıra dolaşacağı zaman – o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.” əl-Qiyamət, 26-30

Ey müsəlman!

Xəyalına gətir ki, Allah Təalə sənin həmin halın barəsində xəbər verir. Ölüm yatağı ola bilsin ki, ətrafında atan, anan, uşaqların və zövcən duracaq. Sənin bu halına ağlayacaqlar. Ola bilsin ki, kiçik oğlun və qızın səni qucaqlayaraq “Ey ata! sənə nə olub, sənə nə olub ki, cavab vermirsən? Ey ana! sənə nə olub ki, danışmırsan?” deyəcəklər. Sən isə öz əl-qoluna baxacaqsan, artıq onlara nə olub ki, onlar hərəkətdən düşür, soyuyur. Ata soruşacaq ki, kim mənim övladıma şəfa verə bilər? Övlad deyəcək ki, kim mənim valideynlərimi sağalda bilər? Qadın deyəcək ki, kim mənim ərimi geri qaytara bilər? Allah Təalə bu anı vəsf edərək belə buyurur:

“Can boğaza yetişdiyi zaman – həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. Madam ki siz iddianıza görə haqq-hesab olunmaya¬caqsınız və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?” əl-Vaqiə, 83-8

Bu anda Allah can verən kimsənin duyğularını Qurani Kərimdə belə canlandırır:
"Can üstə olan kimsə ayrılıq dəminin gəlib çatacağını anlayacaq.” əl-Qiyamət, 28

O, artıq bilir ki, bu dünyadan ayrılır, amma indiyə qədər arzularına çatmayıb, oğul uşağını boya başa çatdırmayıb. Bu vaxta qədər hələ evini tikib qurtarmayıb, özünə maşın almayıb, və ya evlənməyə hazırlaşırdı, və ya övlad gözləyirdi. Amma onun həyata keçirmək istədiyi arzuları ölümlə qarşılaşdı. Allah Təalə buyurur:
“Can üstə olan kimsə ayrılııq dəminin gəlib çatacağını anlayacaq və ölüm qorxusundan ayaqları bir-birinə dolaşacaq.” əl-Qiyamət, 28-29

Allah Təalə başqa ayədə buyurur:
“And olsun kafirlərin canını zorla alanlara! And olsun möminlərin canını rahatlıqla alanlara!” ən-Naziat, 1-2

Ölüm mələyi isə bu zaman ruhu çıxarmağa başlayır. Amma sən tapşırılan əmanətləri bu zamana qədər öz sahiblərinə verməmisən. Bu vaxta qədər Allah və insanların sənin üzərində haqqları var və onları qaytarmamısan. Namaz qılmamaqdan, oruc tutmamaqdan, zəkat verməməkən, insanlara əziyyət verməkdən, sübh namazına yatıb qalmaqdan və başqa günahlardan hələ də tövbə etməmisən. Məhz buna görə də sən sonra peşman olacaqsan. Amma bu peşmançılıq sənə fayda verməyəcək. Allah Təalə ölüm anında peşman olanların dilindən belə buyurur:

“Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxa¬sında diriləcəkləri günə qədər bərzəx vardır.” əl-Muminun, 99-100.

Ey insan, lakin artıq çox gecdir. Çünki o gün aparılacağın yer artıq Allah Təalənin hüzuru olacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:

“Ləzzətləri parça-parça edən ölümü çox yada salın” Sünən İbn Macə, Sünən ət-Tirmizi.

Ölümü çox yada sal ey insan! Dünyanın hər bəzəyi, ölümü xatırlamaqdan səni yayındırmasın. Ey Allahın qulu, bil ki, bu dünya Allah yanında heç bir dəyəri yoxdur. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:

“Əgər dünyanın Allah yanında ağcaqanadın qanadı qədər qiyməti olsaydı, kafirə bir qurtum belə su içirtməzdi” Sünən ət-Tirmizi, 2320. Sünən İbn Macə, 4110.


Tarix: 10.04.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 393 Bölmə: Maraqlı melumatlar