beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəlalətə düşməkdən insanı qoruyan iki əsas.(1-hissə)

Həmd, qələmlə insana bilmədiyini öyrədən Allahadır. Yenə həmd, insanı yaradıb ona danışmağı öyrədən Allahadır. Salavat və salam, həvəsinə və arzusuna görə danışmayan, danışması ancaq vəhy yolu ilə olan, Məhəmməd peyğəmbərə olsun.
- Allah Təala, müsəlmanlara, Aləmlərin Rəbbinin endirdiyinə iman edib təslim olmağı və bunun qarşılığında Ona tabe olmağı əmr etmişdir:

Allah Təala bu barədə belə buyurmuşdur:
“Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (Araf surəsi, 3).

- Allah Təalanın nazil etdiyi, endirdiyi, Quran və sünnənin özüdür:
Necə ki, Allah Təala bu barədə belə buyurur:

“…Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (Nisa surəsi 113).
- Allah Təala, Qurana təslim olub, tabe olmağı əmr etmişdir:
Allah Təala belə buyurur:
“Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam surəsi 155).

- Allah Təala, Peyğəmbər –səllallahu aleyhi və səlləmə tabe olmağı, itaət etməyi əmr etmişdir:

Allah Təala buyurur:
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”” (Araf surəsi 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”” (Ali İmran, 31).
-Allah təala, Quran və sünnəyə itaət edib, tabe olmağı əmr etmişdir. Çünki Quran və sünnənin özü qorunmuşdur, hər ikisinə itaət edib, tabe olan kimsəni də azğınlığa, zəlalətə düşməkdən qoruyar.

- Allah Təala, Quranın ləfzini (kəlimələrini) dəyişdirilməkdən, nöqsanlaşdırılmaqdan və əlavə edilməkdən qorumuşdur:

Allah Təala bu barədə belə buyurur:
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Əl-Hicr surəsi 9).
Allah Təala yenə bu barədə belə buyurur:
“Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil
edilməsinə heç bir şübhə yoxdur” (Yunus surəsi 37).
Allah Təala bu barədə yenə də belə buyurur:
“(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (Əl-İsra 88).
Allah Təala bu barədə yenə belə buyurur:
“Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!” - deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın” (Hud surəsi 13).
Allah Təala buyurur:
“Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” (Yunus surəsi 38).

- Allah Təala, Quranın mənasını batil şeylərdən, dəyişdirilməkdən və təhrif edilməkdən qorumuşdur:

Allah Təala buyurur:
“Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir” (Fussilət surəsi 41-42).
Allah Təala buyurur:
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” (Nisa surəsi 82).

- Allah Təala, Quranın mənasını istədiyi şəkildə şərh etməyi, açıqlamağı, izah etməyi, insanlara bəyan etməyi Öz Üzərinə götürmüş və bunu insanların zövqlərinə və fikirlərinə buraxmamışdır:

Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!” (Qiyamət surəsi, 19).
Allah Təala bu barədə yenə belə buyurur:
“Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar)” (Əl-Ənam 105).
Allah Təala bu barədə yenə belə buyurur:
“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (Ən-Nəhl 44).

- Allah Təala, Quranın mənasını dəyişdirəni və ya başqa bir mənanın yerinə digər məna qoyanı əzabla təhdid etmişdir:

Allah təala buyurur:
“O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Əl-Haaqa 43-47).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın! (Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz)” (Əl-İsra 73-75).

- Allah Təala, başqa bir insanın sözünün əksinə, sözündə Peyğəmbər -sallallahu əleyhi və səlləmi qorumuşdur:

Necə ki, Allah Təala bu barədə belə buyurur:
“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi” (Ən-Nəcm surəsi 3-5).
Abdullah bin Əmrdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
"Mən, Rəsulullah -sallallahu əleyhi və səlləmdən eşidib əzbərləmək istədiyim hər şeyi yazırdım. Qureyş (Məkkəli mühacirlər), bunu mənə qadağan etdilər və mənə:
- Sən, Rəsulullah -sallallahu əleyhi və səlləmdən eşitdiyin hər şeyi yazırsanmı? Halbuki O da hirs (qəzəb) və sükunət (sakit) halda danışan bir insandır. Bundan sonra mən yazmaqdan imtina etdim.
Daha sonra onların söylədiklərini Rəsulullah -sallallahu əleyhi və səlləmə dedikdə, ağzına işarə edərək mənə belə buyurdu:
- Nəfsim əlində olan Allaha and olsun ki, buradan haqq sözdən başqası çıxmaz!"
Allah Təala bu barədə belə buyurur:
“Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Əl-Haqqə 44-47).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın! (Belə olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz)” (Əl-İsra 73-75).

- Allah Təala, başqa bir insanın hərəkətinin əksinə, hərəkətində Peyğəmbər -sallallahu əleyhi və səlləmi qorumuşdur:

Allah Təala bu barədə belə buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əl-Əhzab surəsi 21).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”” (Əl-Əraf 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 31).

- Allah Təala, başqa bir insanın əksinə, təsdiqində Peyğəmbər -sallallahu əleyhi və səlləmi qorumuşdur:

Peyğəmbər -sallallahu əleyhi və səlləm- heç bir səhvi təsdiqləməmiş və heç bir səhvə, ədalətsizliyə, zülmə, günaha, psiliyə, çirkinliyə qarşı səssiz qalmamışdır.
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (Əl-Maidə surəsi 67).

-Allah təala, Quran və sünnəyə tabe olan hər müsəlmana, dünyada zəlalətə, azğınlığa, səhv yollara düşməyəcəyinə, axirətdə də bədbəxt olmayacağına dair zəmanət vermişdir:

Necə ki, Allah Təala bu barədə belə buyurur:
“...Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!” (Taha surəsi 123).

-Allah təala, Quran və sünnəyə tabe olan hər bir müsəlmana, (axirətdə) qorxmayacağına, (dünyada da) kədərlənməyəcəyinə dair zəmanət vermişdir:

Necə ki, Allah Təala belə buyurur:
“… Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar” (Bəqərə 38).
- Allah Təala, Peyğəmbər -sallallahu əleyhi və səlləmə tabe olan hər bir müsəlmana, qəlbini imandan yayındırmayacağına və zəlalətə düşməyəcəyinə dair zəmanət vermişdir:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“...Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (Əl-Əraf surəsi 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran 31).


Tarix: 08.04.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Maraqlı melumatlar