beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam ondan əvvəlki bütün günahları silir?

sual-
Qardaşlarımızdan biri bu yaxınlarda islamı qəbul edib. Cahillik dövründə o narkotiklərlə ticarət edərək çoxlu pul qazanmışdır. O həmin qazandığı pulu özü ilə gətirmişdir və böyük kitab dükanı açmışdır və bu puldan istifadə edərək evlənmişdir. Bu yaxınlarda ona deyiblər ki, o həmin puldan sədəqə verə bilməz. Çünki Allah Pakdır və yanız pak olanı qəbul edir. Bizim sualımız budur ki, o bu pulu nə etsin və ona deyilənlər doğrudurmu?

Cavab-Həmd Allaha məxsusdur.

Birincisi:

Onu islama hidayət edən Allaha həmd olsun. Allahdan onu sabit etməsini və bu dünya və axirətdə onun üçün xeyirli olana onu müvəffəq etməsini diləyirik.

İkincisi: Allah təala Öz fəzli və rəhməti sayəsində islam ilə insanın əvvəl işlədiyi günahları darmadağın etmişdir. Kafir biri müsəlman olanda, Allah onun kafir olduğu zaman işlədiyi bütün günahları bağışlayır və o günahlardan təmizlənmiş olur.

Müslim (121) rəvayət edir ki, Amr ibn əl-As (radiyallahu anhu) demişdir: “Allah islamı mənim qəlbimə qoyduğunda, mən peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldim və dedim: “Sağ əlini mənə uzat ki, sənə beyət (sədaqət andı) edim”. O sallallahu aleyhi və səlləm əlini uzatdı və mən əlimi çəkdim. O dedi: “Nə olub, ey Amr?” Mən dedim: “Mənim bir şərtim var”. O dedi: “Nədir şərtin?” Mən dedim: “(Şərtim budur) ki, mən bağışlanım”. O dedi: “Məgər sən bilmirsən ki, islam əvvəl olanları dağıdır?”.


“İslam əvvəl olanları dağıdır”-ibarəsi o deməkdir ki, islam onları silir və aparır. əl-Nəvəvi Şərh Müslim əsərində bildirmişdir.

Şeyx İbn Üseyminə rahiməhullah müsəlman olmamışdan əvvəl narkotik ilə məşğul olaraq pul qazanan kəs haqqında, buna bənzər bir sual ilə müraciət etmişdirlər. O cavab vermişdir:


Haram mal-dövlət qazandıqdan sonra Allah təalanın islam ilə nemətləndirdiyi bu qardaşımıza deyirik: müjdə olsun, çünki bu mal-dövlət ona halaldır və bunda onun üçün bir günah yoxdur, fərqi yoxdur istəyir onu saxlasın yaxud sədəqə versin, evlənmək üçün istifadə etsin. Çünki Allah təala Öz Müqəddəs Kitabında (mənaca tərcümədə) buyurur: “Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr”. (əl-Ənfal 8:38)

Yəni, keçmişdə olan hər bir şey, ümumiyyətlə hamısı, bağışlanır. Lakin sahibindən zorla əldə olunan istənilən pul ona geri qaytarılmalıdır. İnsanlar arasında razılıq əsasında qazanılan pul, hətta haram olsa da, riba və yaxud narkotik ilə və s. qazanılan-müsəlman olduqdan sonra onun üçün halal olur. Allah təala buyurur: “Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar”. Amr ibn al-As radiyallahu anhu müsəlman olanda, peyğəmbər sallallahu aleyhi və səlləm ona demişdir: “Məgər sən bilmirsən ki, islam əvvəl olanları dağıdır?”.

Bir çox kafirlər müsəlmanları öldürdükdən sonra müsəlman olmuşdur, lakin onlar etdiklərinə görə cəzalandırılmamışdır. Ona görə də bu qardaşa deyin ki, onun sərvəti halaldır və bunda günah yoxdur; o bunu sədəqə verə bilər və ondan istifadə edərək evlənə bilər. Ona malının haram olmasını və sədəqə verə bilməyəcəyini deyənlərə gəldikdə onların sözlərinin heç bir əsası yoxdur. Sitatın sonu.

Liqaat əl-Bab il-Məftuh, 373/374


Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar