beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanlar olduğu halda kafirlərdən ticarət etməyin hökmü nədir?

Sual: Bəzi müsəlmanlar bir-biri ilə əməkdaşlıq etmirlər. Çünki müsəlmanlarla ticarət etmək istəmirlər və kafirlərin dükanlarından ticarət etməyi üstünlük verirlər. Bu cür müsəlmanların hökmü nədir? Bu cür etmə halaldır yoxsa haram?

Cavab: Həmd Allaha məxsusdur.

Burada əsas qayda, prinsip budur ki, Allah təalanın icazə verdiyi, insanın ehtiyac duyduğu şeyləri hər hansı bir müsəlmandan və yaxud kafirdən almaq olar.

Peyğəmbər sallallahu aleyhi və səlləm yəhudilərdən almışdır. Lakin heç bir üzr, səbəb olmadan bir müsəlman öz müsəlman qardaşından almamağa qərar verirsə, yəni onu aldatmayıb və yaxud kələk gəlməyibsə və malların keyfiyyəti aşağı deyilsə və o sadəcə heç bir üzr olmadan müsəlmandan deyil, kafirdən almağa üstünlük verirsə bu cür etmək haramdır. Çünki bu cür etmək müsəlmanların ticarətini zəiflədir və müsəlmanlar (istehlakçılar, alıcılar) arasında bir vərdişə, adətə çevririlirsə satışların itirilməsinə, aşağı düşməsinə səbəb olur. Lakin qeyd etdiyimiz səbəblərin hər hansı birindən dolayı ondan mal almırsa, o zaman müsəlman qardaşına məsləhət, nəsihət etməlidir ki, o (satıcı) etdiyi pis əməllərindən əl çəksin. (Satıcı) onun nəsihətini qəbul edərsə, o zaman Allaha həmd olsun. Əks halda onu özbaşına tərk etmək lazımdır və başqa birinin yanına getmək lazımdır, hətta kafir olsa belə (düzgün insandırsa və sövdələşmələr hər iki tərəfin xeyrinə xidmət edirsə).

Fətəvə əl-Ləcnə əl-Dəimə, 13/18


Tarix: 06.04.2013 / 14:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar