beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günah edən qonşulara kömək etmək olar?

Sual: Əssələmu aleyküm (Sizə Allahın qorusun).

Qonşuluğumda çox sayda ehtiyaclı insanlar var. Sualım budur ki, onlar məndən bir az pul istəsələr-Allaha həmd olsun ki, indi varımdır-və mən də onların bu pulu sadəcə yemək üçün deyil, narkotik (siqaret və s.) və yaxud spirtli içki almaq üçün istifadə edəcəklərini bildiyim halda onlara verə bilərəm mi? Bu ehtiyacı olan insanların bəziləri müsəlmandır.

Bəzi insanlar deyir ki, qadağan olunmuş və yaxud haram bir şey almayacaqlarından əmin olmayınca onlara pul vermə. Digərləri deyir ki, mən onlara pul verməyə davam etməliyəm. Lakin yavaş-yavaş onları dəvət etməliyəm. Cavabınıza görə Uca Allah sizi mükafatlandırsın.

Cavab:
Həmd Allaha məxsusdur.

Yemək, geyim və s. kimi onların ehtiyac duyduqları əşyaları ala bilərsiniz. Və yaxud onlara mübah (icazə verilən) şeyləri alın və onların borcunu ödəyin. Bununla yanaşı onları dəvət etməyə və nəsihət etməyə davam edin, onları xəbərdarlıq edin və islama dəvət edin. Çünki sizin qonşularınızın haqqları sizin üzərinizdə həqiqətən də böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Cəbrayıl qonşuların haqqlarından mənə o qədər nəsihət etdi ki, zənn etdim ki, o (Cəbrayıl) onları (qonşularımı) mənim varislərim edəcək”.

Güc və Qüdrət Sahibi Allahdır.


Tarix: 06.04.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar