beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarım (evdən) oğurluq edir, bu problemi necə həll edim?

Sual: Uşaqlarımdan birinin oğurluq etdiyini aşkar etdikdən sonra çox məyus oldum. Qorxuram ki, gələcəkdə o oğru ola bilər. Mənə nə məsləhət verə bilərsiniz?

Cavab: Həmd Allaha məxsusdur.

Kiçik uşağın oğurluq etməsinin bir sıra səbəbləri var:

1. O oğurluq edir, çünki borc almaq (əşya, pul və s.) ilə oğurluq arasında fərqi bilmir. Həmçinin şəxsi mülkiyyət, sahibolma məfhumu onun üçün hələ aydın deyil.

2. Bəzi uşaqların oğurluq etməsinin səbəbi onların başqalarının sahib olduğu şeylərdən məhrum olmalarıdır.

3. Valideyinlərindən qisas, intiqam almaq və yaxud onların diqqətini cəlb etmək.

Sizə məsləhətlərimiz:

1. Sakit olun. Onları məzəmmət etmək və utandırmaq əvəzinə sakit olun. Bu vəziyyət uşağınızı təlimatlandırmaq, öyrətmək üçün bir fürsətdir.

2. Uşağınıza nəsihət edin və moizə verin. Ona islam dininin oğurluq etmək barəsində hökmünü başa salın və ona Allah təalanın Öz Kitabında oğurluq barəsində buyurduğu əmri söyləyin. Allah təala buyurur: “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Əl-Maidə 5:38)

Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlar ona beyət etdikləri zaman oğurluq etməyəcəklərinə dair onlardan əhd qəbul etmişdir. Allah təala buyurur (mənaca tərcümə): “....oğurluq və ....etməyəcəkləri...” (Əl-Mümtəhinə 60:12)

Uşağınıza xatırladın ki, Allah hər zaman görür. Allah təala buyurur (mənaca tərcümə): “Siz harada olsanız, O (elmi ilə) sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!” (əl-Hədid 57:4)

Həmçinin Allah təala buyurur: “Allah sizin etdiklərinizdən qafil deyildir”. (Ali-İmran 3:98)

Ona belə deyin: Sən gizlicə, insanların nəzərindən uzaq bir yerdə oğurlasan belə Allah səni görür. Çünki Allah buyurur (mənaca tərcümə): “Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır”. (Ta-Ha 20:7)

3. Uşaqları hikmətlə qabaqlayın: uşaqları hikmətlə həvəsləndirin. Məsələn, ona belə deyə bilərsən ki: “Mən bilirəm ki, sən dükkandan şirni götürdün və ona görə götürdün ki, buna ehtiyacını olduğunu hiss etdin, lakin oğurluq bunun cavabı deyil. Gələn dəfə, bir şey istəsən, əvvəlcə mənə de. Mən bilirəm ki, sən düzgün, doğru olmaq istəyirsən. Uşağınızı özünü başqalarının yerinə qoymağı başa salın-“Məsələn belə deyin: “Əgər sən malı oğurlanan insanın yerinə olsaydın özünü necə hiss edərdin?”.

4. Cəzanı şiddətli edin, məsələn uşağı məcbur edin ki, oğurlanmış malı qaytarsın və üzr istəsin və yaxud mal korlanıbsa və yaxud istifadə olunubsa onu vadar edin ki, əşyanın pulunu ödəsin. Həmçinin onu evdəki bəzi hüquqlarından məhrum edin.

5. Uşağı nəzarətdə saxlayın və uzun müddətə onu özbaşına (yalnız) tərk etməyin.

Doğru yola hidayət edən Allahdır.

Baxın: Tənvir əl-İbəd bi Turuq əl-Təəmil məə əl-Əvləd Dr.Həmid Nəhar əl-Muteyri, səh. 37


Tarix: 06.04.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar