beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Kərim xan Qovanlı-Qacar

Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi.Mündəricat
1 Həyatı
2 Ailəsi
3 Mənbə
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər


Həyatı

Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kеrman şəhərində anadan оlmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M.F.Axundzadə kəskin tənqid etmişdir. Mütəfəkkir bütün bu xurafatın mayasını ən çox elmsizlikdə görürdü.

Nəbi Zərəndi Hacı Kərim xan haqqında yazır: “Hacı Seyyid Cavad Kirman əhalisi arasında öz elmi, bacarığı və ləyaqəti ilə ad çıxarmışdı. O, Həzrət Qüddusu hədsiz məhəbbət və mehribanlıqla qarşıladı, ona hər cür ehtiram göstərdi. Hacı Seyyid Cavadın Həzrət Qüddus ilə rəftarı Hacı Kərim xanın şagirdlərində paxıllıq doğurdu. Onlar Hacı Kərim xanın yanına gedib şikayət etdilər ki, Seyyid Cavad Kərbalayi naməlum bir şəxsi öz evində saxlayır və ona hədsiz ehtiram göstərir. Onlar Hacı Kərim xanı qızışdırıb özündən çıxarmaq üçün dedilər: «Hacı Seyyid Cavadın qonağı Seyyid Babın ən yaxın adamlarından biridir. Seyyid Cavad möhtərəm və tanınmış bir şəxsdir. Qorxuruq ki, qonaq onu yoldan çıxarsın və onun vasitəsilə yeni Əmri buralarda yaysın. Belə olarsa, sizin hörmətiniz azalar və camaatın nəzərləri başqa bir səmtə yönələr." Hacı Kərim xan bu sözləri eşidən kimi dərhal şəhər hakiminin yanına getdi və dedi: «Hacı Seyyid Cavada çatdırın ki, Həzrət Qüddusla yoldaşlıqdan əl çəksin və xəbərdarlıq edin ki, onun bu cür davranışı qarışıqlıq yaranması ilə nəticələnə bilər." Kirman hakimi Hacı Kərim xanın sözlərini Hacı Seyyid Cavada çatdırdı. Seyyid bu sözləri eşitdikdə əsəbiləşdi və qəzəbli bir ahənglə hakimə dedi: "Sənə necə dəfə məsləhət görmüşəm ki, bu fitnəkar və böhtançının sözlərinə qulaq asma. Mən indiyə qədər onun həyasızlıqları qarşısında susmuşam. O da fürsəti qənimət bilərək həddini aşmağa başlayıb. Onun bu sözləri deməkdə məqsədi nədir? Yoxsa o mənim rütbəmi və məqamımı əlimdən almaq istəyir? Məgər o fitnəkar deyilmi ki, minlərlə alçaq və rəzil insanları başına toplayıb onlara mədhiyyə oxuyur? Məgər o deyilmi ki, bədxah və zalım adamların tərəfini saxlayır, günahsız insanların haqqını tapdalayır və bu yolla öz mənsəbini qoruyub saxlamağa çalışır? Məgər o deyilmi ki, öz alçaq istəklərini həyata keçirmək və çirkin məqsədlərinə nail olmaq üçün əxlaqsız adamlara hörmət bəsləyir, onlarla oturub-durur, pak xislətli insanları isə cürbəcür böhtanlarla ləkələyir?! Onun həyasızlığı o dərəcəyə çatıb ki, özü nə istəyirsə, edir, ən ağır günaha belə batmaqdan çəkinmir və mənim öz evimdə nəcib, pak, xeyirxah və bilikli bir şəxsi qonaq saxlamağıma dözə bilmir. O fitnəkar xana çatdırın: əgər bu sözlərdən əl çəkməsə və tutduğu bu yolu tərk etməsə, mənim bir işarəmlə Kirman şəhərinin avara və lotuları onu Kirmandan qovub çıxaracaqlar".

Kirman hakimi bu sözləri dinləyib kəskin hədəni eşitdikdə, dediklərinə görə üzr istədi və Hacı Seyyid Cavada belə söylədi: "Siz arxayın olun, mən özüm Hacı Kərim xanı bu bəd rəftarına görə tənbeh edəcəyəm və onu sizdən üzr istəməyə vadar edəcəyəm". Hacı Kərim xan Kirman hakimindən Seyyid Cavadın sözlərini eşidəndə, ilan vurmuş adam kimi qıvrıldı və anladı ki, bütün Kirman əhalisinə başçılıq edə bilməyəcək. Buna görə də onun ümidi ümidsizliyə çevrildi. Həzrət Qüddus Hacı Seyyid Cavadın evində qaldığı müddətdə Kərbəladan çıxdığı gündən Kirmana gəldiyi ana qədər başına gələn bütün əhvalatları ona nəql etdi. O cümlədən, özünün Seyyid Baba iman gətirməsi və Onunla birlikdə Həcc səfərinə yollanması barədə danışdı. Hacı Seyyid Cavadın könlündə yeni Əmrə iman alovu şölələndi, amma imanını gizli saxlamaq qərarına gəldi, fikirləşdi ki, belə olsa, yeni ilahi Əmrə daha yaxşı xidmət göstərə bilər. Həzrət Qüddus da əmin olduğunu bildirdi ki, Tanrı ona Əmrin xidmətində uğur qazandıracaq, düşmənlərinə və əleyhdarlarına üstün gəlməkdə yardımçı olacaq. Mirzə Abdullah Xacənin mənə (müəllifə) danışdığına görə, Hacı Seyyid Cavad ona deyibmiş: "Tanrı doğrudan da mənə yardımçı oldu və güclü iradə bəxş etdi. Bunun sayəsində mən Hacı Kərim xanın şər əməllərinin qarşısını ala bildim. Əgər Tanrının mərhəməti olmasaydı və mən Kərim xanın əleyhinə çıxmasaydım, şübhəsiz, onun tərəfindən Mübarək Əmrə xeyli zərər və ziyan yetişəcəkdi".

Ailəsi

Hacı Kərim xanın Məhəmməd xan adlı оğlu vardı.


Tarix: 24.02.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Maraqlı melumatlar