beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey Adəm oğlu!

Sözlərin ən düzü Allahın sözü,
Yollardan ən doğru Rəsulun yolu.
Düşün, nemətlərdən-qulaq, qəlb, gözü
Niyə şükr etmirsən ey Adəm oğlu?!
Xəbər üçün giflər
Allah səni seçib düz yola saldı.
Zülmətlər içindən nura çıxardı.
İnsanlar içində gəzdin diri tək.
Cənnətə girməmiş tezdir sevinmək.
Xəbər üçün giflər
Günahlar üzündən qəlbin qaraldı,
Keçən hər bir anın, ömrün azaldı,
Günah üzərində olma israrlı.
Rəhmət qapısından qalma aralı.
Xəbər üçün giflər
Nemətlər içində olarkən sevin!
Müsibət gələndə səbrinlə keçin
Bil ki, geci — tezi qəbirdir evin.
Sonuncu əməllə diriləcəksən.
Xəbər üçün giflər
Rəbbinə sığın sən şirkdən, nifaqdan!
Çalış uzaq ol sən hər cür yasaqdan!
Köhnəlir qəlblərdə iman paltar tək
Onun saflaşmasın istə Allahdan!
Xəbər üçün giflər
Rəbbinin Kitabın sən, hər gun oxu!
Bil ki, bu əməldən qafildir çoxu.
Qəlblər rahat olmaz dua, zikrsiz.
Xəbər üçün giflər
İman sabit olmaz dil, qəlb, əməlsiz.
Bu dünyanın dərdi gəldi gedərdi,
Onunçun çəkdiyin ahlar hədərdi.
Rəbbini hamıdan əgər çox sevsən
Dünya, Axirətdə xoşbəxt olarsan….


Tarix: 04.12.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar