beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DOST istəsən ALLAH yetər

DOST istəsən ALLAH yetər.
Dostu Allah olan kəsin beli yerə dəyməz

YAR istəsəsən QURAN yetər.
Kim istəyir Allah onunla danışsın Quran oxusun

NÜMUNƏ istəyən MÜHƏMMƏD(S) yetər
Sizin üçün ən gözəl nümunə Allahın rəsuludur

VASİTƏ istəsən Əhli –Beyt yetər.
Əhli-Beytdən qabağa düşsən azdın, arxaya qalsan batdın

MAL istəsən QƏNAƏT yetər.
Nə çox əliaçıq ol,nə də çox əlibağlı ol,orta yol tut

TƏDARÜK istəsən TƏQVA yetər.
Allah bəndələrinə təqvaya görə fərq və qiymət qoyur

SÜKAN istəsən AĞIL yetər.
Ağıl ikinci Peyğəmbərdir.

TƏFƏKKÜR istəsən SÜKUT yetər.
Xoş o kəsin halına ki, baxışı ibrət, susmağı fikir,danışmağı zikrdir

NƏSİHƏT istəsən ÖLÜM yetər.
Ölüm bu dünyadan o dünyaya körpüdür

DANIŞMAQ istəsən ZİKR yetər.
Allah zikrindən başqa bir söz danışmayın , başqa sözlər qəlbi bərkidər,qəlbi.
daş olan insanlar isə Allahdan uzaq düşənlərdir

RAHATLIQ istəsən SƏBR yetər.
Güclü o kəs deyil ki, ən ağir daşı qaldırsın,güclü o kəsdir ki,
qəzəblənən vaxt səbr etsin

HƏDİYYƏ istəsən ŞƏHADƏT yetər.
Şəhidlik nə qəhrəmanlıqdır,nə də göylərdə ulduz kimi parlamaqdır,
bunun üçün ölümə bir atılış gərəkdir,
atıldıqdan sonra da bir daha dönməməkdir.


Tarix: 03.12.2014 / 17:19 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar