beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani-Kərimdə barmaq izi haqda

Qurani-Kerimda nə qədər möcüzə var? Saysız-hesabsız desak heç də yanılmarıq. Elm va texnika inkişaf etdikcə bu möcüzələr bir-bir aşkar olunur. Hansılarkı hələ də aşkar olunmayıbsa deməli insan bu elmi hələ də bilmir. Qurani-Kərimi diqqətlə araşdırdıqca görürük ki, quranda hətta bir cümlə də, söz də, hərif də böyük və təkrarsız bir möcüzədir. 14 əsr əvvəl bu möcüzələr Cəbrayıl(e) vasitəsilə sevimli Peyğəmbərimizə(s) nazil olmuşdur. Quranın daha bir möcüzəsi barmaq izləridir. Bu gün dünyanın bütün ölkələrində cinayətkarları barmaq izlərinə görə problemsiz tapırlar. Bu metod insanlara 18-ci əsrdən məlum olsada, Quranda bu haqda hələ 14 əsr bundan əvvəl xəbər verilmişdi:
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

Daha sonra Allah buyurur:
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
Ayədə keçən "bənənə" sözü ərəb dilindən "barmaq",daha çox "barmaq ucları" kimi tərcümə edilir.

18-ci əsrə qədər hələ heç kimə məlum deyildi ki,hər insanın özünə xas barmaq ucları var.Məhz 1844-cü ildə İngiltərədə cinayətkarların barmaq izlərinin götürülməsi və cinayətlərinin barmaq izləri vasitəsilə sübuta yetirilə bilinəcəyi qərarına gəlindi.Günümüzdə də bu üsuldan istifadə edilir.

Həm də əbəs yerə bu ayə "qiyamət" surəsində,yəni, haqq-ədalət,ilahi məhkəmə günü ,cinayətkarların,günhkarların cəzalarını,Allahın əmrindən çıxmayanların mükafatlarını alacağları qiyamət günü ilə əlaqədar endilirmiş surədə gəlməyib. Barmaq ucları hər kəsdə fərqli olduğu üçün uca yaradan bizi qiyamət günü barmaq izlərimizə əsasən dirildəcək.


Tarix: 03.12.2014 / 16:47 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar