beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zövcəyə kömək etməyin savabı

İslam Peyğəmbəri (s) həzrəti Əliyə (ə) buyurur: "Ya Əli! Eşit! Allahın mənə vəhy etdiyindən başqa heç bir şey demirəm. Hər kişi evdə zövcəsinə kömək etsə, Allah-taala ondan ötrü bədənindəki tüklərin hər birinin sayına bir il oruc tutub, gecələri oyaq qalıb, ibadətlə məşğul olanın savabını əta edər. Həmçinin, səbr edənlərə, Davud, Yəqub və İsa (əleyhimussalam)-a əta et...diklərini ona da əta edər.”
(Cameus-Saadat. c.2, səh.643)
G304;FLER
Şübhəsiz ki, bu hədisdəki bütün bu təşviqlər, mömin kişilərin öz zövcələrinə kömək etmələrinə səbəb olur, pis rəftar və zor deməkdən çəkinirlər.

İslam Peyğəmbəri (s): "Ya Əli! Hər kim evdə zövcəsinə kömək etsə və bu köməklikdən inciməsə, Allah, onun adını şəhidlərin dəftərinə yazar və onun hər bir gecə-gündüzünə görə min şəhidin savabını yazar. Atdığı hər bir addıma görə həcc və ümrənin savabını bağışlayar. Həmçinin, bədənindəki damarlarının sayı qədər Behiştdə ondan ötrü şəhər salar.”
(Cameus-Saadat. c.2, səh.643)

İslam Peyğəmbəri (s): "Ya Əli! Zövcəyə xidmət etmək, böyük günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur və Behişt hurilərinin ona qismət olmasına səbəb olur. Nəhayət, ehsan və dərəcələrinin çoxalmasında böyük rol oynayır."
(İrşadul Qulub, c.1, səh.175)


Tarix: 03.12.2014 / 16:41 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı melumatlar