beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gencin Allaha Mehebbeti

Kasıb bir oğlan padşahın qızına aşiq olur. Ancaq bu
arzusunun əlçatmaz olduğunu anladığı üçün pərişan
halda gəzib-dolaşır. O, bir dəfə ağsaqqal bir dərvişlə
rastlaşır və dərdini ona açır. dərviş də, öz
növbəsində, ona: “Övladım, şəhərin girişində otur, kim
sənə nə desə sən ona: “Allah”,- deyə cavab ver”,- məsləhətini verir.Kasıb gənc dərvişin məsləhətinə
əməl edir. Günlərlə, aylarla şəhərin girişində oturur.
Kimin nə deməsindən, nə soruşmasından asılı
olmayaraq, ancaq Allah deyir. Bir müddət sonra həmin
oğlan bu davranışına görə bütün şəhərdə məşhurlaşır,
hamı ondan danışır. Məsələ padşahın da qulağına gedib çatır.Bir gün padşah bu məşhur gənci görmək
istəyir. Əvvəlcə, dərvişdən həmin oğlan haqqında
məlumat istəyir. Dərviş də ona bildirir ki, bu gənc
dövrün ən mübarək, Allaha bağlı insanlarından biridir.
Bunu eşidən padşah dərhal gəncin yanına gəlir.
Ondan: “Kimsən? Problemin nədir? Nə istəyirsən?”- soruşur. Gəncin cavabı isə yalnız bir olur: “Allah”.
Padşah gəncin dilindən başqa söz çıxmadığını görüb
geri qayıdır.Səhərisi gün dərviş gəncin yanına gəlir və
deyir ki, padşah öz qızını ona verməyə razı olanadək,
o, padşahdan başqa bir şey istəməsin.Bir gün yenə
padşah oğlanın yanına gəlir və deyir: “Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?” Gənc oğlan isə
bu təklifi rədd edir və deyir: “Qızınızla evlənmək
istəmirəm. Mən başqa bir niyyətlə “Allah” dedim. Allah
isə padşahı mənim kimi kasıb bir gəncin ayağına
gətirdi. Mən sırf Allah rizası üçün “Allah” desəydim,
kim bilir nələr olardı? Bundan sonra mən Ondan başqasını tanımıram, Ondan başqasını istəmirəm”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Maraqlı melumatlar