beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey nur..

Ey NUR!..

Sənsən nurların nuru,

Səndəndir bütün nurlar, nur ver bizə, aydınlat üfüqümüzü, Ey NUR!

Sənsən nurları nurlandıran, Səndəndir işıq, Səndəndir kölgə,

Göz aydınlığı ver bizə, aydınlat ağlımızı Ey NUR!

Sənsən nurları təsvir edən, Səndəndir surət, səndəndir rəng,

Üzümüzü qara çıxarma, alnımızı ağ et, Ey NUR!

Sənsən Nurları yaradan, səndəndir bütün aydınlıqlar, qaranlıqda buraxma bizi,

Yolumuzu aydınlıq et Ey NUR, Sənsən Nurları təqdir edən,

Səndəndir bütün səhərlər, Nursuz buraxma bizi, könlümüzü aydınlıq et,

Ey NUR, sənsən nurların təkbirini görən, səndəndir bütün aydınlamalar,

Kölgədə buraxma bizi, Nurumuzu daim et, Ey NUR,

Sənsən nurlardan əvvəlki NUR, SƏNİN yaratmağınla başlar bütün nurlar,

Yoxluğun qaranlığında buraxma bizi, başımızı Nur et, Ey NUR,

Sənsən Nurlardan sonrakı NUR, Sənin təqdirinlə tamam olar bütün nurlar,

Qəbrin qaranlığında buraxma bizi, sonumuzu Nur et, Ey NUR,

Sənsən nurlar üstündəki NUR, Sənin yüksəlişini ucaldır bütün nurlar,

Səmamızı Nursuz buraxma, üstümüzə nur et, Ey NUR,

Sənsən nurlara bənzəməyən NUR, SƏNİN təcəllilərinlə əks olunur bütün nurlar bizə,

Nur üstünə Nur ver bizə, Nurumuzu Nur et, Ey NUR,

Səni qüsurdan tənzih edər, nöqsanlıqdan uzaq edərik,

Səndən basğa ilahi yox ki, bizə kömək etsin,

Bir tək SƏNSƏN, Bir tək SƏNSƏN qurtuluşumuz, Bir tək SƏNSƏN sığındıgımız,

Iman ver bizə, qurtuluş ver hər kəsə,

Bizi heçliyin yaxasından qurtar,

Bizi səndən uzaqlığın cəhənnəmindən al, Ey Rəbbimiz


Tarix: 03.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar