Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gece Oxusu_Islamda Hekayeler 9-12

9-ƏŞ`ƏS İMAMIN NƏZƏRİNDƏ

Kendə qəbiləsindən olan Əş`əs ibni Qeys İmam Əli (əleyhissalam)-ın xilafəti zamanında münafiq başçılarından hesab olunurdu. Bundan əlavə Peyğəmbər əshabından sayılan Abdullah ibni Übəyy ibni Sülum da Həzrətin zamanında münafiq dəstəsi başçılarından sayılırdı. Belə ki, bu barədə ibni Əbil Hədid belə yazır:

«Əli (əleyhissalam)-ın xilafəti zamanı qarşıya çıxan uğursuzluqlar və baş verən bütün pozğunluqların əsas banisi Əş`əs idi.»

Əş`əs Əbu Bəkrin xilafəti vaxtı kafir Bəni Vəli`ə qrupuna qoşularaq dindən çıxıb mürtədd olmuşdu.

Bir müddət sonra Əş`əs atasının intiqamını almaq üçün mübarizəyə qalxdığı vaxt müsəlmanlara əsir düşdü.

Bir gün Həzrət Əli (əleyhissalam) Kufə məscidində minbər başında xütbə söylədiyi vaxt birdən moizənin ortasında Əş`əs ibni Qeys İmama qarşı e`tiraz etdi. Bu da o zaman idi ki, Həzrət (Həkəmeyn)-dən («Nəhcül-bəlağə»də 16 da gəlmiş 121-ci xütbəni) danışırdı. Bu xütbəyə əsasən hətta, Əli (əleyhissalam) öz ordusundan o qədər narazı idi ki, onlara xitab olaraq belə buyurmuşdu:

«Sizin köməkliyinizlə xəstəliklərin dərmanına başlamaq istəyirəm ki, özünüz hazırda mənim dərd və xəstəliyimsiniz.»

Hal-hazırda mən tikanı tikan ilə təmizləyənə bənzəyirəm.

Nə isə qayıdaq, e`tirazın mövzusu məsələsinə. Həzrət Əli (əleyhissalam) Kufədə minbər başında Həkəmiyyətdən söhbət etdiyi vaxt bir kişi yerindən qalxıb Həzrətin sözlərinə e`tiraz edərək dedi: Əvvəlcə sən bizə həkəmiyyəti qəbul etməyimizi tapşırdın ki, sonra onu qəbul etməməyimizə əmr etdin. İndi bilmirik bu əmr və nəhyin hansı biri daha məqsədə uyğun idi. Bu zaman Əli (əleyhissalam) əlinin birini o birisinə vurub buyurdu:

«Bu rəhbərinin fərmanını rədd edənin cəzasıdır, bey`ət pozub müxaliflərə qoşuldu. Bundan əlavə öz rəhbərinin də müxaliflərin ardınca düşməsini istəyib onu bu işə məcbur etdi.»

Həmin məclisdə iştirak edən Əş`əs İmamın bu sözdən məqsədini aşağıdakı tərzdə yozmuşdu: Yə`ni bu mənim cəzamdır ki, ehtiyatı əldən verib həkəmiyyənin hökmünü qəbul etdim.

Buna görə də o İmamın sözünə e`tiraz edib dedi: «Bu söz sənin öz ziyanınadır, nəinki xeyrinə.»

Halbuki, bu söhbətdə Əli (əleyhissalam)-ın məqsədi öz əshabı idi. Əş`əsin e`tirazı inad üzündən olduğunu üçün Həzrət Əli (əleyhissalam) ona tutarlı bir cavab verib buyurdu:

Sən nə bilirsən hansı işim xeyrim ya hansı ziyanımadır? Allahın lə`nəti və nifrin edənlərin nifrini, sənə olsun, ey Əbləh oğlu əbləh! Ey münafiq oğlu münafiq, sən kafir olduğun zaman ikinci dəfə «Müsəlman halında əsir düşmüsən, hətta qəbilən və mal dövlətin belə səni bu iki əsarətdən azad edə bilmədi. Əli (əleyhissalam)-ın söylədiyi cavabdan məqsəd camaatı Əş`əsin pis sabiqəsi (keçmişi) və napak həyatı ilə agah etmək idi. Qoy camaat bilsin ki, Əş`əsin e`tirazı xeyirxahlıq üzündən deyil, əksinə rəyasət tələblik və özünü göstərməklikdən ötrü idi.

Atalar demişkən Kuzədən süzülər ki, onda o şey olmuş olsun.

10-CİHADA QARŞI OLAN SÜSTLÜYÜN TƏNQİDİ

Mö`minlər ağası Həzrət Əli (əleyhissalam) xilafətə keçdikdən sonra bütün müsəlmanlar onun ardınca getməkdənsə rəyasəttələblik və nəfsani istəklər müəyyən qurupların o Həzrətlə müxalifətə qalxmalarına səbəb oldu. İlk növbədə Əli (əleyhissalam)-a qarşı barışmaz müxalifətin binasını qoyan ilk şəxs Müaviyət ibni Əbu Süfyan idi. Müaviyə Osman tərəfindən Şam şəhərinin valisi tə`yin olunmuşdu. Müaviyə Osmanın ölümündən sonra Şam şəhərini öz hökumətinin mərkəzi kimi adlandırmışdı. Bu zaman o məl`un ətraf kənd və şəhərlərə İslam şəhərlərini Əli (əleyhissalam)-ın hakimiyyəti altından çıxararaq öz bayrağı altında birləşdirməkdən ötrü qoşun çəkdi. Müaviyənin daş ürəkli və qan içən nümayəndələrindən biri olan Bosr ibni Ərtat adlı şəxs o məl`unun əmri ilə qoşun komandiri kimi vilayət və şəhərlərə gedir, müxtəlif cinayətlər törədib qan tökməklə şəhərləri zor gücünə zalım Müaviyənin hökuməti cərgəsinə dartırdı. Bu vaxt o Yəmənə gələrək Əli (əleyhissalam)-ın iki qoşun başçısını Übeydullah ibni Abbas və Səid ibni Nəmranı məğlub edib Yəməni onların komandanlığı altından çıxartdı. Bosr ibni Ərtatın rəhimsizliyi o qədər idi ki, qələbəsindən sonra Übeydullah ibni Abbasın evinə təcavüz edərək onun iki uşağının başını kəsmişdi.

Uşaqların anasının ürək yandırıcı şe`rləri tarixdə əks olunubdur.

Müaviyənin müxtəlif İslam şəhər və kəndlərində törətdiyi zülmlərin xəbəri İmam Əli (əleyhissalam)-a çatdırılırdı. Bu zaman Übeydullah ibni Abbas və Səid ibni Nəmran Əli (əleyhissalam)-ın hüzuruna gələrək Müaviyənin muzdur qoşunlarının törətdiyi kütləvi qırğın cərəyanlarını o Həzrət üçün şərh verib öz məğlubiyyətlərini ona bildirdilər.

Həzrət Əli (əleyhissalam) cihad qoşunlarının cihadda göstərdiyi süstlükdən çox narahat olmuşdu. Məhz elə buna görə də o, camaatın hüzurunda minbərə çıxıb aşağıdakı sözləri bəyan etdi:

«Ey camaat! Kufədən başqa ayrı bir yer mənim hökumətimdə deyil!! Və ey Kufə, əgər səndən də düşmən həmlələri qarşısında qala çıxmayacaqsa olmamağını arzulayıram əgər belədirsə üzün qaralsın ey Kufə!»

Sonra camaatı Yəmənin Müaviyə cəlladları tərəfindən işğal olunması xəbərindən hali edib rəhmsiz və qaniçən cani Bosr ibni Ərtatın cinayətlərini bir-bir onlar üçün sadaladı və buyurdu:

«Düşmənlər öz əyri planlarında bir-birləri ilə möhkəm ittihadda sizlər isə haqq yolunda bir-birinizdən pərakəndə və ayrısınız.»

Bu vəziyətlə düşmənin sizə qalib gələcəyinə əmin olun. Əli (əleyhissalam) bu qəm və müsibətdən qəzəbli idi. Həzrətin qəlbi qan ağlayırdı, çox kədərli olduğundan odur ki, dedi:

«İlahi bu süst və yaramaz ünsürlərin yerinə mənə gözəl insanlar inayət elə. Mənim öz yerimə nalayiq və zülmkar bir şəxsi onlara müsəllət elə.»

Bu zaman dərdli ürək və dağlı qəlb ilə buyurdu: «And olsun Allaha, sizin yerinizə bəni Fars ibni Qənəm qəbiləsindən min atlının (şücaətli və dilavər) olmasını istərdim ki, dağınıq bulud təki sür`ətlə və səbirsizliklə düşmənə sarı hücum edəydilər.»

Beləliklə, o Həzrət öz nifrətini laqeyd və süst insanlara nişan verərək müsəlmanları və əshabını qiyamət gününə kimi Allah və ədalət yolunda düşmənlər ilə amansız mübarizə və müharibəyə də`vət etdi.

Mədaini yazır:

Həzrət Əli (əleyhissalam) Bosr ibni Ərtata qarşı çox qəzəbli olduğundan onu belə qarğışladı. «İlahi Bosr dinini dünyaya sataraq din və əhkamının hörmətini aradan aparıb. O, fasiq və mücrim Müaviyəyə itaət etməyi sənə itaət etməkdən daha üstün sanıb. İlahi! Onun ağlını əlindən almamış öldürmə! Heç vaxt öz rəhmətini onun halına şamil etmə, İlahi Bosra və Müaviyəyə və s... lə`nət edərək qəzəb və qəhrini onlara göstər.»

Bu qarğışdan sonra çox da ömr sürməyən Bosr həyatının sonuna yaxın dəli olmuşdu. Belə ki, həmişə həzyan söyləyib çığırardı ki, qılınc verin öldürüm. Ətrafında olanlar ona əl ağacından düzəldilmiş bir şəmşir verərək içi hava ilə doldurulmuş bir tuluğu da ixtiyarında qoyurdular. Bosr da o qılıncla tuluğa huşsuz olana kimi döyərdi və bu vəziyyət o məl`unun ölümünə kimi beləcə davam etmişdi.

Oxuduğunuz hekayə bizlərə örnək ola biləcək digər bir dərs idi.






11-DİNİNİ DÜNYAYA SATAN

Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdur.

O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu bey`ətə də`vət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu də`vətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; «Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək alaq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.»

Müaviyə Əmr Asa məktub yazaraq onu Şama də`vət etdi. Nəticədə Əmr As onun də`vətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:

Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.

Əmr As: O kimdir?

Müaviyə: Əli!

Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət, cihad, Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın ne`mətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?



Müaviyə: Hər nə istəsən verərəm.

Əmr As: Mən Misrin hökumətini istəyirəm.

Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.

Əmr As – «Bu sözləri kənara qoy» dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada də`vət edərək buyrudu:

«Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra bey`ət etdi. Bu sövdələşmədə «satıcının» əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.»

12-CİHAD MÜRACİƏTİ

Müaviyə öz çirkin hiylə, fırıldaq və aldatmaları sayəsində Siffeyn müharibəsinin çətinliklərini yox etdi. Siffeyn müharibəsindən sonra öz işğalçılıq, eləcə də hakimiyyətdə qalmaq arzusunu davam etdirdi. Ənbar Kufə ilə Şam arasında yerləşən bir şəhər idi ki, Həzrət Əli (əleyhissalam) ən yaxın köməkçilərindən biri olan Həssan ibni Həssan Bəkrini Həmin şəhərin başçısı tə`yin etmişdi. O yerlər Əli (əleyhissalam)-ın hökuməti altında idi.

Müaviyə qoşun başçılarından biri olan Süfyan ibni Ovfe Camedini çağırıb dedi: «Səni böyük, kifayət qədər təchizatla tə`min olunmuş bir qoşunla Fərata tərəf göndərirəm.

Hey`ət vilayətinə yetişdiyin vaxt orada başqa bir qoşunla üzləşəcəksən, ona həmlə et. Əgər qoşun görməsən Ənbar şəhərinə sarı olan hərəkətini davam etdir. Şəhərə yetdikdə ora hücum et, əgər Ənbar şəhərində də qoşun görməsən Mədainə sarı həmlə et.

Oranı qarət etdikən sonra Şama, qayıt Kufəyə hucumdan çəkin və bil ki, əgər Mədain və Ənbara həmlə etmiş olsan, elə yəqin et guya Kufənin özünə hücum etmisən. Eləcə də unutma ki, bu hücum Kufə camaatının qəlbinə qorxu və həyəcan salıb bizim dost və havadarlarımızı xoşhal edəcəkdir. Bu səfərdə hökumətimizi qəbul etməyən hər kimsə ilə rastlaşdın onu, yol üstündəki kəndlərin hamısını viran qoy, əhalinin mallarını qarət et ki, camaatın malını qarət etmək özlərini öldrümək kimidir.»

Süfyan deyir:

Müaviyə öz ordusuna mənə itaət etməyi tapşırdı. Mən də 6 min nəfərdən ibarət qoşunla Fərat çayına sarı hərəkət edərək oradan Hiytəyə yollandım Hiytə və ətraf məntəqələrin camaatı biz ora çatmamışdan əvvəl qaçmışdı.

Biz Ənbar şəhərini tutmaq üçün ona sarı irəliləyərək şəhərə hücum etdik.

Bir neçə cavanı əsir tutub onlardan Ənbar şəhərinin cəmiyyətinin sayını soruşduq. Onlar da şşəhər əhlindən yüz nəfər silahlı Kufəyə tərəf yollanıb 200 nəfər isə şəhərdə qalıblar.» – dedilər. Mən öz qoşunumu bir neçə hissəyə ayıraraq Ənbar şəhərinə yola saldım.

Yerdə qalan qoşun hissəsi isə Əli (əleyhissalam)-ın ordusu ilə küçə və meydanlarda vuruşaraq döyüşü davam etdirirdilər.

Şəhər başçısını təqribən otuz nəfərə yaxın silahlının müqavimət göstərdikləri bir halda qətlə yetirdilər. Qalanı isə dağılıb pərakəndə düşdülər. Beləliklə şəhəri əlimizə keçirtdik.

Həsan ibni Həsan Bəkri Əli (əleyhissalam)-ın Ənbar şəhərindəki fərmandarı otuz nəfər silahlı dəstə ilə düşmənə qarşı müqavimət göstərərək şəhadət şərbətini içdilər.

Həbib ibni Əfif yazır: Başçımız (Həsan) atdan yıxıldığı vaxt bu ayəni oxuyurdu:

«Mö`minlər arasında Allahla bağladıqları əhdin üstündə sədaqətlə duran kişilər vardır ki, onlar əhdlərini sona kimi çatdırdılar (və Allah yolunda şəhadətə yetişdilər) bə`zisi isə gözləyərək heç vaxt öz əhd və peymanlarında dəyişiklik və dönüklük göstərməmişlər!.»

Daha sonra davam edib dedi: Haqq yolda ölməyə hazır olmayanlar müharibədə iştirak etməsinlər. Allah camalını arzu edənlər isə qalıb bizimlə çiyin-çiyinə döyüşə bilərlər.

Beləliklə, otuz nəfər şəhadət- tələb qalıb döyüşü davam etdirərək şəhid oldu.

Bu acınacaqlı xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda Kufə məscidində minbərə çıxıb Həssan İbni Həssan və yoldaşlarının şəhadət xəbərini e`lan edərək belə buyurdu: «Qardaşınız Həssan Bəkri Allah vüsalını seçdi. Dünyanın mal-dövləti onu aldatmadı. Elə bu dəqiqəcə düşmənə qarşı qalxıb onların hücumunun qabağını alın.» Mərhum Şeyx Səduqun və s...-nin yazdığına əsasən Həssan və onun yoldaşlarının şəhadəti, eləcə də Ənbar şəhərinin Müaviyə qoşunları tərəfindən işğal olunması xəbəri Həzrətə yetişdikdə bərk qəzəbləndi. Onun qəzəbi o qədər çox idi ki, yeridikdə əbası yerlə sürünürdü. Bu zaman Həzrət Əli (əleyhissalam) Kufədən Nuxəyləyə sarı (İslam döyüşçülərinin mərkəzi və bazası) yola düşdü. Həzrət bura çatdıqda orada olan hündür bir yerə qalxaraq özünün cihada təşviq və səhlənkarları damğalayan alovlu nitqinə başladı: Həzrət bu xütbəsində («Nəhcül-bəlağə»nin 27-ci xütbəsi) əvvəlcə cihadın fəziləti və əhəmiyyəti, eləcə də üstünlüklərindən söhbət açdıqdan sonra cəbhəyə getməyə süstlük göstərənlərə qarşı öz töhmət yağışını başlayıb buyurdu:

«Ey kişiyə bənzəyib kişi olmayanlar! Ey sarayda yaşayan nazlı gəlinlərə bənzəyənlər ki, ancaq öz eyş və nuşunuzun fikirindəsiniz heç vaxt sizi görmək istəməzdim...»

«Allah sizi öldürsün ki, ürəyimi qanla doldurub sinəmi qəzəblə alovlandırdınız!» Həzrət bu müqəddəs müraciəti ilə bütün insanları zalımlara qarşı mübarizə və döyüşə də`vət edərək süstlük və səhlənkarlıqdan çəkindirdi.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 351 Bölmə: Maraqlı melumatlar
loading...