beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini yazı

"Allaha iman etməklə fikirləşmə ki, hər dünya nemətinə nail olcaqsan"
Biz insanların zehnində formalaşmış batil bir düşüncə vardır. Bəzi insanlar fikirləşirlər ki, Allaha iman gətirən kimi insanın işi çox əla getməlidir. Allah deyən kimi yaşamağa başlayan kimi insanın həyatı tamamilə dəyişəcək və o, hər istədiyi dünya nemətlərinə sahib olacaqdır. İnsan elə bilir ki, Allah yoluna gəlməklə Yaradan onun bütün istədiyini yerinə yetirəcəkdir. Bu bir növ Allaha minnət qoymaqdır. İnsanlar bilməlidirlər ki, Allah-Taala üzərində heç bir bəndənin haqqı yoxdur. Allah heç bir kəsə borclu deyil. Allaha iman gətirərək ibadət edən insan bunu yalnız özü üçün edir. Bütün bu işlərdən Allaha heç bir xeyir və fayda gəlməz. Fayda götürən yalnız insandır. Allahın bəndəsinə hər hansı bir şeyi verməməyi Onun qəzəbinə görə deyil. Bu səbəblə mümkündür ki, müşrik və kafir olub, Allah əleyhinə əməl edən insan dünya nemətindən bolluca faydalanmış olsun. Həmçinin mümkündür ki, Allah yolunda olan mömin bir bəndə də bütün ömrü boyu əzab-əziyyət çəkmiş olsun. Ey insanlar haqq, və ya batil yolunda olmağın meyarı dünya səadəti və onun nemətləri deyil. Bu dünya dəyərsiz və kənara tullanılmış bir şeydir.Dünyanı ilahi dəyər üçün meyar etmək olmaz. İman əhli olmaq bu dəyərsiz dünyaya sahib olmaq ondan faydalanmaz demək deyildir. İman əhli mümkündür, dünya nemətlərindən bolluca istifadə etsin, həmçinin mümkündür ki, bütün ömrü boyu dünyada çətin həyat sürmüş olsun. Ona görə iman gətirməyinizlə Allaha minnət qoyaraq, Ondan dünya tələb etməyin. Allahdan dünya nemətlərinə nail olmaq təmənnasında da olmayın. O əzəmətli Varlıq məsləhət bilsə, sizin üçün faydalı olduğu halda, dünya nemətlərindən lazım olan qədərini ixtiyarınızda qoyacaqdır. Məsləhət bilmədiyi halda isə, sizi onlardan uzaq tutacaqdır. Bu barədə bir hədisi nəql edirik.
İmam Sadiq (ə) buyurub: "Bir gün Musa dənizin kənarında gəzirdi. Bu zaman bir balıqçı gəldi və günəşin qarşısında təvazökarlıqla səcdə etdi və Allaha qarşı şirk hesab olunan sözlər danışmağa başladı. (Bu ibadətindən) Sonra torunu dənizə atdı və içi balıqla dolu halda çıxartdı. Daha sonra bir də atdı və bu dəfə də əvvəlki kimi çıxartdı. Bu cür, qane olana qədər davam etdi. Bundan sonra isə getdi. Ondan sonra başqa bir balıqçı gəldi. O,dəstəmaz alaraq namaz qıldı və sonra da Allaha həmd və səna etdi.Daha sonra torunu atdı, heç bir şey ələ gətirə bilmədi. Sonra bir də atdı, lakin bu dəfə kiçik bir balıq çıxartdı. Allaha həmd etdi və çıxıb getdi. Bunu görən Musa dedi: "Ey Rəbbim! Kafir bəndən gəldi,torunu atdı və düz eç dəfə torunu dolu halda çıxartdı.Sonra isə mömin bəndən gəldi, kamil bir şəkildə dəstəmaz aldı, namaz qıldı,Sənə həmd etdi və Səni dua edərək çağırdı. Bundan sonra torunu düz üç dəfə atdı, yalnız kiçik bir balıq ələ gətirdi. Buna baxmayaraq yenə də Sənə hmd etdi və yoluna davam etdi. Allah ona vəht etdi: "Ey Musa! Sağ tərəfinə bax!". Musa baxdı və onun gözü önündən pərdələr götürüldü və Allahın mömin bəndəsi üçün hazır etdiyi axirəvi nemətləri gördü. Sonra bir daha deyildi: "Ey Musa! İndi də sol tərəfinə nəzər sal!". Musa nəzər saldı və bu dəfə də gözləri qarşısından pərdələr götürüldü və kafir bəndə üçün Allahın hazırladığı əzabları gördü. Allah buyurdu: "Ey Musa! Mömin bəndəm üçün etdiklərimin ona heç bir zərəri olmadı, həmçinin kafir üçün də etdiklərimin ona heç bir faydası olmadı". Musa dedi: "Ey Rəbbim! Səni tanıyan kəsə layiqdir ki, Sənin etdiklərinə razı olsun".


Tarix: 03.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar