beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidayət olmaq istəyən nə etsin !?

Hidayət olmaq istəyən nə etsin

Əziz müsəlmanlar! Görəsən həqiqət nədən ibarətdir? Haqq yolunu necə tapaq və bütün bu ixtilafları necə həll edək? Cavabı ancaq Qurani - Kərimdə və Peyğəmbərimizin (s.a.v.vsünnəsində (hədislərində) tapmaq olar. Hansı ki, müsəlmanlar gərək bütün vəziyyətlərdə bu ikisinə əsaslansınlar və bu ikisini əldə rəhbər tutsunlar. Xüsusilə fikir ayrılıqları yaranan zaman.

1Quran deyir: “Ey iman gətirənlər! Allaha, onun Peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey barəsində mücadilə etsəniz , Allaha və axirət gününə iman gətirmisinizsə onu Allaha Qurana) və Peyğəmbərə (s.a.v.vhəvalə edin. Bu daha xeyirli və nəticə baxımından daha yaxşıdır” ( Nisə, ayə 59) 2“Allah və onun Rəsulu bir işə hökm etdikləri zaman mömin kişiyə və möminə qadına öz işlərində ayrı bir yol seçmək yaraşmaz (olmaz). Kim Allah və onun Rəsuluna qarşı üsyan etsə artıq açıq-aşkar azğınlığa düşmüşdür”(Əhzab, ayə 36)
3)“Peyğəmbər (s.a.v.v.) sizə hər nə gətirsə onu alın və hər nəyi qadağan etsə ondan çəkinin, təqvalı olun, çünki Allahın əzabı çox şiddətlidir” ( Həşr, ayə 7).

Deməli əziz müsəlmanlar! Burdan belə çıxır ki, fikir ayrılıqları zamanı hamı gərək Quran əyələrinə və Peyğəmbərimizdən (s.a.v.v)nəql edilən səhih hədislərə əsaslansın. Ona görə ki, Quran və Peyğəmbər (s.a.v.v.) bir-birlərinə zidd olmamışlar və həmişə bir-birlərini təsdiq və təyin etmişlər: “O öz istəyinə görə danışmır. Həqiqətən (onun danışdığı) ona vəhy edilən vəhydən başqa bir şey deyildir (Nəcm, ayə 3-4


Tarix: 03.12.2014 / 15:39 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar