beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın həyatında Tövhidin yeri

tövhidlə birlikdə şübhə, sıxıntı, kədər, pis fikir və vəsvəslər quldan uzaqlaşır. Qəlbdə sakitlik, rahatlıq və sükunət hasil olur. Allah Təalə buyurur:
“-Ya Peyğəmbər! De: “Pənah aparıram insanların Rəbbinə;
-İnsanların ixtiyar sahibinə;
-İnsanların İlahısına;” (Nəs, 1-3)
Bax, bu tövhiddir.
-Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
-O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
-(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]” (Nəs, 4-6)
Tövhid olan yerdən şeytan qaçır. O, tövhid olan yerdə dayanmağa tab gətirmir. Azan oxunduğu zaman onun səsini eşitməyənə qədər uzaqlaşır.
Quranın hamısı Uca Allaha tövhidlə şanına təriflər deməklə Onu əzəmətləşdirməklə doludur. Quranın ən əzəmətli ayəsi olan ayətul kursi (Bəqərə, 255) də Tövhidlə, onun dəlilləri, sübutları ilə doludur. Hədisdə gəldiyi kimi: “ Kim Ayətul Kursini oxuyub yatarsa, Allah tərəfindən qorunar və səhər olana qədər şeytan ona yaxınlaşa bilməz.”

Tövhidlə qul sehirbazların və başqa şərlilərin şərrindən əmin ola bilər. Allah Quranda buyurur: “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!” (Həcc, 38).
Digər bir ayədə isə buyurur: “Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir! (Biz Öz vədimizə əməl edərək möminlərə yardım etməliyik!)” (Rum,47)
Tövhidlə qul, bütün dünya və axirətin xeyir və səadətini qazanır. Uca Allah Öz əzəmətli hökmü ilə hökm etmişdir ki, səadət və nemət, dünya və axirətdə ancaq və ancaq iman əhli üçün olacaqdır. Necə ki, Uca Allah buyurur:
“Həqiqətən itaətkarlar nemət içində olacaqlar.”( infitar13)
Ayədə nemətin harada olacağı zikr olunmayıb. Məsələn, deyilmədi ki, əbrarlar (itaətkarlar) yalnız dünyada nemət içindədir və ya qəbirdə nemət içindədir, yaxud da axirətdə nemət içərisindədir. Belə olduqda təfsir elmində qaydadır ki, təfsir hər bir zamanı əhatə edir, yəni dünyada da, qəbirdə də, axirətdə də nemət içərisindədirlər.
Həqiqət Uca Allahı təkləşdirmək, insanların xatırlaması gərəkən ən birinci və ən böyük bir əmrdir. Necə ki, Allah Təalə Öz Uca Kitabında buyurur:
“Xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verir. Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat55-56)
Mömin bəndənin imanını hər zaman gücləndirməyə, İslamını yeniləməyə, öz Rəbbi ilə özü arasında olan bağı möhkəmləndirməyə ehtiyacı vardır. Peyğəmbər (ona Allahın salam və salavatı olsun) buyurur: “Həqiqətən sizin içinizdə olan iman, bir paltarın köhnəldiyi kimi köhnəlir, Uca Allahdan istəyin ki, imanınızı təzələsin.”
Bizlər, nəinki böyüklərimizi, hətta kiçiklərimizi də tövhid üzrə böyütməliyik. Bu onun həyatı boyu ehtiyacı olacaq ən xeyirli azuqəsi olacaq. Bu yerdə Allah Quranda buyurur:
“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” ” (Loğman, 13)
Ey əziz müsəlman! Tövhidin bu qədər əhəmiyyətini gördükdən sonra bizə vacib olan ən mühüm şey tövhidi öyrənməkdir.
Uca Allahdan istəyirik ki, bizi muvahhidlər kimi yaşatsın, Allah bizi dini ixlasla yaşayıb, Ona ibadət edən qullarından etsin, bizləri şirkin bütün növlərindən, böyüyündən və kiçiyindən, gizlisindən və aşkarından qorusun…


Tarix: 03.12.2014 / 15:31 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar