beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazın sonundakı salamları kimə göndəririk???

. Peyğəmbərlər (ə). Allah Təala Peyğəmbərləri (ə) salehlərdən hesab edir və buyurur: “Zəkəriyya, Yəhya, İsa, İlyas - salehlərdəndirlər”. (“Ənam” 85).

İmam rəhmətlik (r) buyurur: “Namazqılan səcdədən özünə gələndə varlıqlara salam verər. Bu salam qeybdən gələnin və səfərdən gələnin salamıdır. Bu qayıdışdan sonra əvvəl Peyğəmbərə (s) salam verər, bundan sonra bu səfərdə onunla bir yerdə olan başqa varlıqlara - Allahın mələklərinə, peyğəmbərlərə (ə) və rəsullara (ə) salam göndərər. Onların salamatlığını Allahdan istəyər”.

2. Möminlər. Allah o kəsləri ki, Allaha və Qiyamət gününə iman gətiriblər, əmr be-məruf və nəyh-əz-munkər edərlər, xeyir işlərdə tələsirlər, salehlərdən hesab edər. (“Ali-İmran” 114).

3. Mömin cinlər. Cinlər iki cür olur: imanlı olanları və olmayanları. Ona görə də bəziləri saleh və bəziləri saleh deyildirlər. (“Cin”11).

Deməli, deyə bilərik ki, salehlər dedikdə Allahın bütün layiqli bəndələri nəzərdə tutulur. Burada ümumi saleh bəndələr nəzərdə tutulur ki, onlara salam göndərilir.

Ancaq üçüncü salam. Bəzi hədislərin dediyinə görə burada salam göndərdiyimiz kəs - mələklərdir, bəzilərində isə peyğəmbərlərin (ə) olduğu söylənilir. Ona görə belə deyə bilərik ki, Allah birinci salamda Həzrət Peyğəmbərə (s), ikinci salamda bütün salehlərə - peyğəmbərlərə (ə), mələklərə və saleh bəndələrə salam göndərər. Üçüncü salamda isə bunların hamısına salam göndərər.

Peyğəmbəri-Əkrəm (s) meracdakı namazı haqqında buyurur: “Özümə və Əhli-beytimə (ə) salam göndərdim. Gördüm ki, mələklər, peyğəmbərlər (ə) arxamda sıraya düzüldülər. Mənə xitab gəldi: “Ey Muhəmməd! Onlara salam göndər. Ona görə dedim: “Əssəlamu əleykum və rəhmətullahi və bərəkətu”. Bu zaman vəhy gəlir ki, salam Mənəm, sən və nəslin rəhmət və bərəkətsiniz”. (Tebyan)


Tarix: 03.12.2014 / 15:29 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar