beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Huseyn Deyir....

Bir gun men bir yerdən keçdim,
Əllər Huseyn, Huseyn deyir,
Doldurdular badə içdim,
Dillər Huseyn, Huseyn deyir.

Əllər açilmiş səmaya,
Baxarlar nurlu simaya,
Təvəssul Zəhra anaya,
Qullar Huseyn, Huseyn deyir.

Baxdim gordum gul bağçasi,
Heyran edir her kesi,
İylədim çəkdim nəfəsi,
Gullər Huseyn, Huseyn deyir.

Qan qirmizi gulə baxin,
Yağiş yağdiğinda çəkin,
Yelləməyin siz buraxin,
Budaqlar Huseyn, Huseyn deyir.

Ariya ilham edildi,
Yiğdiği çiçək gul idi,
Nəhl surəsi gul idi,
Ballar Huseyn, Huseyn deyir.

Əsən kulək yuzun oxşayar,
Bu işdə bir gozəllik var,
Dayanmadan edir təkrar,
Yellər Huseyn, Huseyn deyir.

Eşqi haradan alib goturdun elə,
Eşqinə yandir kul et,
Koz atəşdə bilsin soylə,
Kullər Huseyn, Huseyn deyir.

Yaşillaşan butun ağaclari,
Dənə-dənə yağan qari,
Araşdirdim zamanlari,
İllər Huseyn, Huseyn deyir.

Mədinədən çixdi yola,
Harada isə verdi fasilə,
Badiği yer gəldi dilə,
Yollar Huseyn, Huseyn deyir.

Çevirdilər ətrafini,
İstədilər pak canini,
Tokərkən gunahsiz qanini,
Qollar Huseyn, Huseyn deyir.

Firata axan goz yaşi,
Suruyur boyuklər daşi,
Belə gorulmədi yoldaşi,
Sellər Huseyn, Huseyn deyir.

Duaya açilan əllər,
Haqqi zikr edərkən dillər,
Kərbəlada şəhid qullar,
Səhra Huseyn, Huseyn deyir


Tarix: 03.12.2014 / 15:15 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar