beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN YARATDIĞI SƏNƏTİN TƏCƏLLİSİ: ƏZƏLƏ VƏ SÜMÜK

Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun aləmlərin Rəbbi olan Allahın sözü olmasınıbir daha təsdiq edir. Bunların yanında, Quranın Allah qatından göndərildiyini isbat edən bir çox möcüzəvi cəhətlər vardır. Bu cəhətlərdən biri, 20-ci əsr texnologiyası ilə aydınlaşdırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir. Quranın elmi möcüzələrini başa düşmək üçün, ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elm səviyyəsinə bir nəzər salmaq lazımdır. Quranın göndərildiyi 7-ci əsrdə, ərəblər elmi məsələlərlə bağlısaysız xurafata və batil inanca sahib idi. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər, nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. İnsanların astronomiya, fizika ya da biologiya haqqında çox az şey bildikləri belə bir dövrdə göndərilən Quran, kainatın yaradılışından insanın meydana gəlməsinə, atmosferin quruluşundan, yer üzündəki tarazlıqlara qədər bir çox mövzuda əsas məlumatlar əhatə etməkdə idi.



Əlbəttə ki, Quran sırf elm kitabı deyil. Lakin müxtəlif ayələrində, son dərəcə dolğun və hikmətli üsulla qeyd edilən bəzi elmi həqiqətlər yalnız 20-ci əsr texnologiyası ilə kəşf edilib. Quranın göndərildiyi dövrdə elmi izahımümkün olmayan bu məlumatlarQuranın Allah sözü olduğunu insanlara birdaha sübut edir.

Sümüklərin əzələ ilə örtülməsi Quran ayələrində xəbər verilən elmi həqiqətlərdən bir də insanın ana rəhmindəki əmələ gəlmə mərhələsidir. Ayələrdə, ana bətnindəəvvəl sümüklərin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtməsi, sarımasıxəbər verilir:
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur! (Muminun Surəsi, 14)
Ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə yaxın zamana qədər belə hesab edilir ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir.Buna görə bəzi adamlar uzun bir müddət bu ayələrin elmə düz gəlmədiyini iddia ediblər. Ancaq inkişaf etmiştexnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar, Quranda bildirilənlərin hamısının nöqsansız bir şəkildə doğru olduğunu ortaya qoydu.

Bu mikroskopik araşdırmalar da göstərir ki, ana bətnindəkiinkişaf prosesi məhz ayələrdə izah edildiyi şəkildə bir inkişaf reallaşar. Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilər. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraqbir yerə yığışır və bu sümükləri əhatə edir.

Bu proses, “Developing Human” yəni (İnkişaf edən İnsan) adlı elmi bir jurnaldabelə izah edilir: “6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxar. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayar. Sümüklər meydana gəlməyə davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.” Qısası insanın Quranda təsvir edilən əmələ gəlmə mərhələləri, müasir embriologiyanın kəşfləri ilətam bir uyğunluq və harmoniya təşkil edir.


Tarix: 24.11.2014 / 12:53 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar