beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meherremliy-3 Imam Huseynin Heyati.

Həzrət Hüseyn h.q. 4-cü il (m. 626
) Şaban
ayının 3-ü (ya da 4-ü) Mədinə
 şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli və Peyğəmbər qızı Xanım Zəhra (s.ə.)-nın
 ikinci övladı idi.
Hüseyn ibn Əli öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.
Hüseyn ibn Əli uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır. Həsənin şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, h.q. 61-ci ili (m.680
) Məhərrəm
 ayının 10-da İraqın
 Kərbəla
çölündə şəhid
edilmişdir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar