beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZLARİ BİRLESDİRİB QİLMAQ OLARMİ

NAMAZLARİ BİRLESDİRİB QİLMAQ OLARMİ MOVZUSUNA NEZER SALMAQ İSTİYİREM Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın ''İsra'' surəsinin 78-ci ayəsində buyurulub: ''Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…'' İslam Peyğəmbəri(s e) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat ''namaz, ya Rəsuləllah!'' dedi, lakin Peyğəmbər(s E) belə buyurdu: ''Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi.'' Şiələrin namazı birləşdirib qılması göründüyü kimi, özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri, Peyğəmbərin buyruğuna əsasəndir. ''Peyğəmbər(s e)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq.''
(''Müsnədi Əhməd'' c. 1, səh.221)
''Əbu Şəsaya dedim ki, fikir edirəm, Allahın Peyğəmbəri Zöhr namazını təxirə saldı və Əsr namazını vaxtından əvvəl qıldı və həmçinin Məğrib namazını gec qıldı. Əbu Şəsa isə cavab verdi ki, mən də bu cür düşünürəm.'' Hədislərdən açıq-aydın görünür ki, Peyğəmbərimiz namazları birlikdə qılmışdır. (''Müsnədi Əhməd'' c. 1, səh.251) İbni Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam. Abdullah deyir: ''Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın sözünü təsdiq etdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.151, Misir çapı) ''Peyğəmbərimiz Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin zəhmətə düşməsini istəmirdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.152) ''Peyğəmbər Mədinə şəhərində heç bir düşmən qorxusu olmadan və yağış yağmadığı halda Zöhr ilə Əsr və Məğrib ilə İşa namazlarını birlikdə qıldı. Səid İbni Cəbir deyir ki, İbni Abbasdan soruşdum ki, nə üçün Peyğəmbər belə edir? İbni Abbas isə cavab verdi ki, ona görə ki, istəmirdi öz ümmətini zəhmətə salsın.'' (''Səhihi Buxari'' c. 1, səh.110) ''Peyğəmbər yeddi rükət Məğrib və İşa namazını və səkkiz rükət Zöhr və Əsr namazlarını Mədinə şəhərində birlikdə qıldı.'' (''Mütəqqi Hindi'', ''Kənüzul-ümmal'' c. 8, səh.246) Abdullah ibn Ömər deyir: ''Peyğəmbər(es) öz vətənində olarkən səfərdə olmadığı halda, Zöhr ilə Əsr namazını və həmçinin Məğriblə İşa namazlarını birlikdə qıldı. Sonra bir kişi İbni Ömərdən soruşdu ki, nə üçün Peyğəmbər namazları belə qıldı? İbn Ömər cavab verdi ki, Ona görə ki, o öz ümmətini əziyyət və çətinliyə salmaq istəmirdi. Əgər bir kəs istəsə bu namazları birlikdə qıla bilər.'' (Kənzul-ümmal'' c. 8, səh.247) Cabir ibni Abdullah deyir: ''Peyğəmbər Zöhr ilə Əsr namazlarını birlikdə bir azan və iki iqaməyə qılırdı.''
Hədisləri oxuduqdan sonra bu namazların birlikdə qılınmasının caiz olduğu su kimi aydındır. Məlumdur ki, Allahın Rəsulu ilahi əmri gecikdirməzdi. Peyğəmbərimizin məqsədi bu namazları bir vaxtda qılmağın mümkünlüyünü bildirmək idi.

Tural Seferli Al Shia


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 508 Bölmə: Maraqlı melumatlar