beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Mehdi (əc) Buyurub

Bir neçə gündən sonra İmam Mehdinin (əc) mübarək mövlud günü qeyd olunacaq. Aşağıdakı hədislər İmam Mehdinin (əc) qeybət dövründə seçilmiş tərəfdarlarına göndərdiyi tövqilərdən (məktublardan) götürülüb.

“Hər kimin Allahdan istəyi olsa, cümə gecəsinin yarısı keçəndən sonra qüsl alsın, sonra namazgaha keçsin (yəni namaz qılsın)” (Müstədrəkül-Vəsail, II, 517).

“Əgər sizlərin bir-biriniz üçün istiğfarınız (günahların bağışlanması üçün duanız) olmasaydı, yalnız sözü ilə əməli bir olan seçilmiş tərəfdarlarımızdan savayı yer üzündəki hər kəs həlak olardı” (Müstədrəkül-Vəsail, V, 247).

“Şükr səcdəsi sünnələr (müstəhəb əməllər) içində ən lazımlı və vaciblərindəndir” (Biharül-ənvar, 53-cü cild, səh. 161).

“Namaz qədər heç bir əməl şeytanı xar etməz” (yux. mənbə, səh. 182).

“Fərz (vacib) namazın nafilə (müstəhəb) namazdan üstünlüyü nə qədərdirsə, fərz namazdan sonra oxunan dua və təqibatın savabı da nafilə namazından sonra oxunan dua və təqibatın savabından o qədər artıqdır” (yux. mənbə, səh. 161).

“Qeybətim zamanı məndən (yəni mənim elmimdən) istifadə etməyin qaydası buludlar arxasında gözlərdən gizlənmiş Günəşdən istifadə etmək kimidir” (yux. mənbə, səh. 181).

“Zühurun vaxtı Allahın öhdəsindədir (Allaha məlumdur), vaxt təyin edənlər yalan söyləyirlər” (yux. mənbə, səh. 181).

“Zühurun tezləşməsi üçün duaları çoxaldın; çünki sizin xilasınız da bundadır” (yux. mənbə, səh. 181).

“Bizə (Əhli-beytə) doğru yönəlməyinizi açıq-aşkar izah olunmuş sünnəyə sevgi üzərində qurun. Mən sizə nəsihət etdim. Allah mənə də, sizə də şahiddir” (yux. mənbə, səh. 179). (Burada sünnə - Peyğəmbərin və Əhli-beytn səhih göstərişləri əsasında bəyan edilmiş dini qaydalar mənasındadır).

“Qarşıya çıxan hadisələr zamanı bizim hədislərimizi rəvayət edənlərə üz tutun. Onlar mənim sizə hüccətimdir (sübutum, dəlilimdir), mən isə Allahın onlara hüccətiyəm” (yux. mənbə, səh. 181).

“Heç kimin haqqı yoxdur ki, başqasının icazəsi olmadan onun əmlakına dəxalət etsin” (yux. mənbə, səh. 183).

“Sünnət olunmamış adamın sidiyindən yer üzü qırx gün şikayət edər” (bu hədis sünnətin əhəmiyyətini göstərmək üçündür) (Vəsailüş-şiə, XXI, 442).

islam.az


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar