beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA DOĞRU.dorduncu Ders

KAMİLLİYİN ZİRVƏSİ ALLAHA YAXINLIQDIR
KAMİLLİK FİTRİ İSTƏKDİR
“And olsun nəfsə və onu nizama salana, sonra günahkarlığı və pərhizkarlığı ona ilham edənə, onu təmizləyən kimsə mütləq nicat tapacaq, onu bulaşdıran kimsə isə mütləq zərərə düşəcək.”
Yuxarıdakı ayələrdən mə`lum olur ki, nəfs həm tərəqqi edə bilər, həm də süquta uğraya bilər. Əgər təzkiyə və tərbiyə olunsa inkişaf edib bəhrə verər, yox əgər başlı-başına buraxılsa zəifləyib məhv olar. Amma bütün insanlar fitrətən kamillik istəyindədirlər. Naqisliyi sevən insan tapmaq qeyri-mümkündür. Kimsə inkişafdan qal-maq, geriləmək istəmir. Kamilliyə, inkişafa meyl insanın daxilində qoyulmuş böyük ilahi ne`mət-dir. Bu meyl olmasaydı insan yerindən tərpənməz, hərəkətsiz qalardı. İnsanı hərəkətə gətirən mühərrik məhz bu daxili istəkdir. Kainatı yaratmaqda Allahın məqsədi budur ki, insan öz iradə və istəyi ilə kamilliyə ucalsın. Elə bu səbəbdən də insanın firətində belə bir meyl yerləşdirib.
İnsan bə`zən əməli işdə kamilliyin nədə olduğunu səhv salır. Necə ola bilər ki, insan bir yolun cəhənnəmə apardığını bildiyi halda iste`dad, güc, var-dövlətini bu yola sərf etsin? Əksinə, hamı çalışır ki, öz vəziyyətini daha da yaxşılaşdırsın. Sadəcə olaraq kamillik və tənəzzül etməkdən yaxa qurtarmağı hərə bir şeydə görür. Amma bu, göz yumulası səhv deyil və insanı əbədi bədbəxtliyə apara bilər. Belə bir səhvdən nicat tapmaqdan ötrü Allah-təala insana əql verib. Əql yalnız ilahi vəhydən kömək almaqla doğru yolu tanıya bilər. Vəhyin köməyi olmadan əql də həqiqəti tanımaqda acizdir. Beləliklə də Allah-təala insanlara doğru yolu göstərmək üçün peyğəmbərlər göndərmiş və onlara müjdə verməklə və qorxutmaqla yanlış yoldan çəkindirmişdir. “Bəqərə” surəsinin 213-cü ayəsində buyurulur: “Allah bəşarət verən və xəbərdarlıq edən peyğəmbərlər göndərmişdir.”
Bə`zi kamilliklər hamı üçün aydındır. Məsələn, mübahisəsiz qəbul olunan kamilliklərdən biri elmdir. Hamı gözəl başa düşür ki, elm kamal, savadsızlıq isə nöqsandır. Buna görə də hamı elmə hörmətlə yanaşır və hər hansı bir yolla öz biliyini artırmaq istəyir. Heç kim nadan olmağa can atmır, əksinə nadanlıqdan qaçır.
Kamilliyin digər bir nümunəsi qüdrət və gücdür. Zəiflik, acizlik insan üçün nöqsan hesab olunur. Bütün insanlar fitrətən qüdrətli olmağa can atır. Allah-təalanın ən qəti və ən yəqin kamal sifətlərindən biri də qüdrətdir.
İsnanın fitrətən can atdığı şeylərdən biri də səadət və xoşbəxtlikdir. Bədbəxtlik arzusunda olan insan tapmaq çox çətindir. Əqli başında olan şəxs əzab-əziyyət ardınca qaçmır. Bütün bəşəriyyət səadət, ləzzət, rahat-lıq, sakitlik sorağındadır. Belə ki, Allah-təala insanın fitrətində kamilliyə meyllə yanaşı kamillik nümunələrinə də meyl qoymuşdur.
ALLAHA YAXINLIQ KAMİLLİK ZİRVƏSİDİR
Bəs kamilliyin zirvəsi nədir? Nə zaman insanı tam kamil hesab etmək olar? İlahi peyğəmbərlərin tə`limlərinə əsasən tam kamillik Allaha yaxınlıqdır. Bütün peyğəmbərlər bu nəzəriyyəni tə`lim etmişlər. Eləcə də, Allaha yaxınlıq fitri bir ehtiyacdır. Qeyd etdik ki, hətta müşriklər və bütpərəstlər də Allaha yaxınlığa cəhd etmişlər. Bu da mə`lum oldu ki, insan özündə Allaha yaxınlığın heç olmazsa ən aşağı mərtəbələrini hiss etməsə, bu yaxınlığın həqiqi mə`nasını dərk edə bilməz. Amma bu qaranlıqdan çıxmaq mümkündür.
Biz yaxınlıq dedikdə adətən məkan və ya zaman yaxınlığını təsəvvür edirik. Görənsən Allahla bu cür yaxınlıq mümkündürmü? Allaha zaman və məkanca yaxınlaşmaq olarmı?
Allah-təala üçün zaman və məkan anlayışları mövcud olmadığından Onunla belə bir yaxınlıq qeyri-mümkündür. Bə`ziləri elə güman edirlər ki, Allah göydədir və insan göyə qalxarsa, Allaha yaxınlaşar. Bu fikir Allah haqqında mə`lumat-sızlıqdan doğur. “Nəcm” surəsinin 7-9-cu ayələrində İslam Peyğəmbərinin me`racına işarə ilə buyurulur: “O lap uca üfüqdə idi; sonra yaxına gəldi və aşağı endi, iki yay məsafəsində, yaxud ondan da yaxın oldu.” Allah cism olmadığından Onun maddi məkan baxımın-dan Peyğəmbərlə yaxınlığı tam məntiqsiz bir fikirdir. Hansı ki, həmin ayələri dəlil gətirərək Allahın göydə olduğunu iddia edənlər var. Ayədə isə heç şübhəsiz ki, məkan və zamanca yaxınlıq nəzərdə tutulmamışdır.
ALLAHA YAXINLIĞIN MƏ`NASI
Bə’zi nəzər sahibləri tərəfindən Allahla yaxınlıq məsələsinə dair verilmiş müəyyən tə`riflər zahirən düzgün görünsə də, eybsiz deyildir. Onların fikrincə əvvəl insanın vücudunda çoxlu nöqsan və çatışmazlıqlar mövcud olur. İnsan yaşadığı dövrdə bu çatışmazlıq və naqislikləri vicdana çevirdikcə Allaha yaxın-laşır. Mütləq kamillik yalnız Allah olduğundan insan öz naqisliklərini kamilliyə çevirə-çevirə həmin müləq kamilliyə doğru hərəkət edir. Məsələn, insan öz elmini artırdıqca Allaha yaxınlaşır.
Yuxarıdakı nəzəriyyəni araşdırıb qiymətlən-dirdikdə görürük ki, heç də hər sifətin güclən-məsi insanı ilahi məqama yaxınlaşdırmır. Məsələn, bədənin qüvvə və çəkisinin artımı inkişaf hesab olunsa da, bu inkişafın ilahi kamilliklə heç bir əlaqəsi yoxdur. Ağırlıq qaldırmaqda, güləşdə dünya çempionu adı qazananları Allaha yaxın hesab etməyə heç bir əsasımız yoxdur.
Bə`ziləri iddia edirlər ki, insanın elmi artdıqca o, Allaha yaxınlaşır. Bütün elmlərdə belə bir xüsusiyyət varmı? Unutmaq olmaz ki, İslam dinində bə`zi elmlərin təhsili haram buyurulmuşdur. İslam isə yalnız insanı Allahdan uzaqlaşdıran şeyləri haram buyurur. Deməli, yuxarıda zikr olunmuş xüsusiyyət heç də bütün elmərə şamil deyil.
Allaha yaxınlığa aparan amillər barəsində olan rəvayətlərin mütaliəsi bizə həqiqəti tapmaqda kömək edə bilər. Mərhum Kuleyninin “Üsuli-kafi”də, Şeyx Bəhainin “Ərbəin”də nəql etdiyi bir rəvayət əxlaq alimləri arasında məşhurdur. İmam Sadiq (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur:
“Allah-təala buyurur: Mənim dostlarımdan birinə hörmətsizlik edən şəxs Mənə qarşı müharibə e`lan etmişdir. Mənə yaxınlaşmaq üçün ən gözəl vasitə vacib buyurduqlarıma əməl etməkdir. Bəndəm müstəhəb işləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevən zaman ona eşidən qulaq, görən göz, danışan dil, işləyən əl olaram. Əgər məndən bir şey istəsə ona əta edərəm.”
Allahın Öz bəndəsinə qulaq, göz, dil, əl olması olduqca maraqlı görünür. Necə ola bilər ki, Allah insanın dili ilə danışsın? Araşdırmalar göstərir ki, rəvayəein əsl mə`nası zahiri mə`nasından fərqlidir. Zahiri mə`nadan belə çıxır ki, Allah qulaq, göz, dil və əl olur. Allah maddi olmadığından belə bir iş də mümkün deyil.
Rəvayətin əsl mə`na və məqsədi Allahın öz bəndəsinə olduqca yaxınlaşdığını göstərməkdir. Rəvayətdə nəzərdə tutulan bəndə elə bir məqama çatmışdır ki, Allah daim onun yaxınlığın-dadır. Belə bir insan daim Allahın lütf və inayətindən bəhrələnir. Adi insanlar Allahın xüsusi lütfündən təsadüfən bəhrələndikləri halda rəvayətdə nəzərdə tutulan insan ilahi lütfə qərq olmuşdur.
Hər bir insan öz həyatında az-çox Allahın inayətini, yardımını hiss edir. Allahın öz bəndələrinə inayətlərindən kitab tərtib olunsa bu kitabın cildləri saya-hesaba gəlməz. Gözlənilməz halda çətinliyin aradan qalxması, hər hansı bir işin düzəlməsi Allahın lütf və inayətindən danışır. Müəllif şahid oluduğu bir neçə hadisəni nəzərinizə çatdırır:
Uzun illər Nəcəfdə olmuş tələbə İrana gəldiyi zaman deyirdi: «Atamla anam ixtilaf üzündən ayrıldıqlarından anamı tapa bilmirdim.» Bu tələbə Məşhədə gedib imam Rizanı (ə) ziyarət edir və imamdan anası ilə görüş istəyir. Tələbə deyirdi ki, imamı (ə) ziyarət edib bayıra çıxanda anamla rastlaşdım!
Allah evinin ziyarətindən qayıdan bir şəxs belə nəql edirdi: “Rəcəb ayında Məkkədə “ümrə” əməlini yerinə yetirməyin böyük savabı var. Amma Mədinədə şər`i çətinliyim olduğu üçün Məkkəyə gedə bilmirdim. Müqəddəs bir torpaqda oduğum halda “ümrə”ni əldən vermək mənə ağır gəlirdi. Rəcəbin qurtarmasına iki-üç gün qalırdı. Həzrət peyğəmbərin (s) ziyarətinə gedib dua etdim ki, bu səfərə getməyim üçün şərait yaratsın. Səhəri gün oteldə məni çağırıb, “hazırlaş, maşın gözləyir, Məkkəyə gedirsən” dedilər!
“Ərəfə” duasında oxuyuruq: “Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehiyacsız et. Öz ixtiyarınla məni öz ixtiyarımdan ehtiyacsız buyur.” Bu duada məqsəd o deyil ki, insan tənbəllik üzündən öz işlərini Allaha tapşırsın. Məqsəd ilahi inayət və yardımdan faydalanmaqdır. Qur`ani-kərimdə buyurulur: “Allaha təvəkkül edən üçün Allah kifayətdir.” Allaha təvəkkül edən bəndə öz vəzifələrini yerinə yetirdiyi halda qəlbən inanır ki, əsil müvəffəqiyyət yalnız Allahın yardımı ilə mümkündür. O, əmindir ki, Allahın iradəsi, istəyi olmadan göstərilən sə`y əbəsdir. Belə insan həm çalışır, həm də Allaha təvəkkül edir: “İşlərimi Allahın ixtiyarına verirəm.”
“Üsuli-kafi”dən nəql etdiyimiz rəvayətdə də məqsəd Allahın iradə və istəyini hər şeydən üstün tutan bəndənin məqamını işıqlandırmaqdır. Belə bəndə danışarkən, dinləyərkən, baxarkən, iş görərkən əsil hərəkətverici kimi Allahı tanıyır. Rəvayətin sonunda buyurulur ki, bu bəndə nə istəsə ona verilər. Duaları qəbul olan belə insanlara “müstəcəbüd-də`və” deyilir.
YAXINLIQ, YOXSA YAXINLIĞIN ƏSƏRLƏRİ?!
Deyilənlər Allahla yaxınlıq yox, olsa-olsa onun əsərləri idi. Yaxınlığın əsəri nişanəsi odur ki, Allah öz bəndəsinin istədiyini verir. Əgər əsər budursa, əsəri yaradan necədir? Qısaca bunu demək olar ki, əsərin yaradıcısı vəsfə gəlmir. Elə vəsfə gəlmədiyindən də yalnız onun əsərlərindən danışmaqla kifayətlənirik.
Əsl yaxınlıq isə Fir`onun arvadı hərzət Asyanın Allahdan istədiyi yaxınlıq idi. Asya sadə bir mö`min yox, yüksək mə`rifət əhli idi. Bu əzəmətli qadın hətta çarmıxa çəkilən zaman bir olan Allahı inkar etmədi. O, belə dua edir: “Pərvərdigara, behişdə Öz yanında mənə bir ev ver.” Əslində Asya nə behişt, nə də behiştdəki evləri nəzərdə tutur. Asya Allaha yaxın məqam diləyir.
Bu məqamlar, həqiqətlər ifadə olunduqları kəlmələrin qəliblərinə yerləşmir. Həqiqət ifadə edildiyi sözdən çox-çox ucadır. Bu mövzunu araş-dırarkən rastlaşdığımız tə`birlərin zahiri yox, əsil mə`nasına diqqət yetirmək lazımdır. “Şə`baniyyə” münacatında deyilir: “Pərvərdigara, ümid və intizarımı Səndən başqa hər şeydən tamamilə üzməyi mənə nəsib et və Sənə doğru aşkar nəzər yetirməkdən ötrü qəlbimin bəsirətini aç ki, (qəlbimin bəsirəti) nur pərdələrini yarmaqla Sənin dərgahının əzəmətini dərk etsin və ruhum müqəddəs izzət nuruna qovuşsun!”
Bəli, insanın ruhu inkişaf edib elə bir kamala çata bilər ki, nuraniyyət mə`dəninə qoşular, ilahi dərgahda yerləşər. Belə insan artıq özünü unudur və yalnız şüa saçan nur mə`dənini görür. Belə bəndə özünü mütləq pak vücuda bağlı hiss edir. Ariflər bu mərtəbəni “fəna məqamı” adlandırır-lar. Bəli, bəndə öz Allahında fani olub “mən”ini itirə bilər.
Elə bir aşiq təsəvvür edin ki, öz mə`şuqunun eşqi ilə vurnuxur. İllər uzunu çalışır ki, heç olmaya bir dəfə uzaqdan da olsa mə`şuqunu görüb səsini eşitsin. Qəfildən gözünü açan aşiq özünü mə`şuqun ağuşunda görərsə, bundan da böyük ləzzət duya bilərmi? Həzrət Əli (ə) və digər imamlar (ə) “Şə`baniyyə” münacatında Allahdan belə bir məqam istəyiblər. Bəli, aşiq yalnız mə`şuqa qovuşduğu zaman rahatlıq tapar. Nəfsini tərbiyələndirən bəndə heç şübhəsiz bu böyük səadətə - Allahla yaxınlığa çatacaqdır.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar