beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qebir öz Sahibine Ne Deyir?

(Meqale hecmce genish olsada, çox
maraqlidir.Sonadek oxuyaq.) Mömin bəndə qəbirə daxil olan zaman
qəbiri ona deyər:
- "Mərhəba! Xoş gəlmisən. Allaha and
olsun ki, mən səni sevdim. Mənim
üzərimdəki torpaqda yol getdiyin
vaxtdan, indi ki, qarnımdasan, səni daha çox sevdim”. O kəslər ki, bu dünyada ancaq pul və
sərvəti düşünürlər, uzun arzular qurur
və xəyallarında saraylar tikirlər,
bilməlidir ki, belə bir düçüncə onların
xeyrinə deyildir. Bir gün elə bir zaman
gəlib çatacaqdır ki, bu şirin xəyalları həsrətə çevriləcəkdir. Onun yerində
peşmançılıqdan başqa bir şey
qalmayacaqdır. Bu cür insanların
həyatda ən böyük çətinlikləri odur ki,
onlar ölümü unudublar. Heç bir zaman
onun haqqında düşünmürlər.... İmam Əli (ə) buyurur: "Allaha and olsun
ki, əgər deyirəmsə ki, oyun deyil, ciddi
və həqiqətdir, yalan deyildir. Bu,
ölümdən başqa bir şey deyildir ki, sur
çalanın dəvəti ilə hamı sürətlə öləcəkdir.
Həqiqətən keçmişdəkiləri gördün ki, sərvət toplamış və yoxsulluqdan və
çarəsizlikdən dəhşətə gəlirdilər. Uzun
arzular fikirləşirdilər. Ölümü uzaq
bilirdilər. Gördün ölüm necə başlarına
endi? Onları vətənlərindən uzaqlaşdırdı.
Təhlükəsiz evindən köçürtdü. Taxta tabutda əyləşmiş və insanlar onu əlbəəl
aparırlar. Onların toplanmış mal-dövləti
pərakəndə olar və varislərinə qalar.
Qadınları başqaları ilə evlənər. Nə
həsənələrinə bir şey əlavə edə bilər və
nə günahından tövbə edə bilər”. İmam Əlinin (ə) bu nurani kəlamları
insanları qəflətdən oyadan əsaya
bənzəyir. Bu qəflətdə olan insanlar əgər
öz dəyərli vaxtlarının bir hissəsini
ölümü xatırlamağa sərf etsələr,
asanlıqla başa düşürələr ki, onların rəftarı yersiz rəftar olmuşdur. Hər bir
insan kimi, onlar da bir gün ölümün acı
şərbətini dadacaqlar. Özləri üçün
qurduqları təmtəraqlı dünya ilə
vidalaşmağa məcbur olacaqlar. Elə bu
zaman öz mallarına həsrətlə baxar və ondan bir zərrə belə qəbirə gətirə
bilməzlər. O, elə vaxt özünə gələr ki, bu qədər
sərvətdən ancaq bir parça kəfən nəsibi
olmuşdur. Onun özü də bir müddətdən
sonra çürüyüb gedəcəkdir. İnsanınn
özündən də bir qədər zaman
keçdikdən sonra sümük parçasından başqa bir şey qalmayacaqdır. Ona görə bu, ölümdür ki, insanı
sərvətindən, uzun arzularından ayırar.
İnsan ölən zaman bu dünyada olanlarla
bağı tamamilə qırılır. Ancaq onu qeyd
etmək lazımdır ki, bəzi istisnalar
mövcuddur. Bu həmin insanın əməl və rəftarlardır. Bu ikisi hər yerdə insanın
həmdəmi və rəfiqi olmuşdur. Heç bir
zaman ondan ayrı olmamışdır. İmam Sadiq (ə) buyurur: "Elə bir qəbir
yoxdur ki, gündə üç dəfə deməsin:
"Mən torpaqdan olan evəm. Mən bəla
və çürümək eviyəm”. O zaman ki,
mömin bəndə qəbirə daxil olar, qəbirin
torpağı onu salamlayıb, xoş gəlmisən deyər. Bu zaman görər ki, qəbiri
genişlənər və qarşısına bir qapı çıxar. O,
behiştdəki yerini bu qapıdan görər. Bu
qapıdan elə bir kişi gələr ki, göz ondan
gözəlini görməmişdir. O, həmin kişiyə
deyər: - "Ey Allah bəndəsi! Mən heç bir zaman
sənin kimi gözəlini görməmişəm. Sən
kimsən?”
O kişi deyər:
-"Mən sənin malik olduğun yaxşı fikir
və rəyinəm. Sənin layiqli işlərinəm ki, dünyada yerinə yetirmisən”. Sonra onun ruhu alınar və behiştdəki
münasib yerinə qoyular.
Sonra ona deyilər:
-"Yat və rahat ol ki, gözün aydın olsun,
şadsan”.
Ondan sonra daima ona behiştdən meh əsər və o qiyamət çatana qədər onun
xoş iyini hiss edər. Ancaq kafirin cəsədini qəbirə qoyan
zaman qəbirin torpağı ona deyər:
- "Nə xoş gəlmisən və nə də yerinə
gəlmisən. Allaha and olsun ki, mənim
üzərimdə yol getdiyin zaman səni
düşmən bilirdim. İndiki mənim qarnımdasan, sənə qarşı düşmənçiliyim
daha çoxdur. Tezliklə düşmənçiliyimin
nişanəsini görəcəksən. Bu zaman qəbir onu sıxar və cəsədini
külə çevirər. Onu əvvəl olduğu torpağa
qaytarar. Cəhənnəmdən qapı üzünə
açılar. O, cəhənnəmdəki yerini görər.
Sonra həmin qapıdan çirkin bir kişi
girər. O, həmin kişiyə deyər: -"Ey Allah bəndəsi! Sən kimsən?”.
O kişi cavabında deyər:
- "Mən sənin dünyada gördüyün çirkin
rəftarınam, sənin napak və xəbis
rəyinəm”. Sonra onun ruhu alınar və
cəhənnəmdəki yerinə qoyular. Bu
zaman davamlı olaraq cəhənnəmdən
zəhərli alovun küləyi cəsədinə əsər. O,
Qiyamətə qədər onun dərd və yanğısını
hiss edər”. Əllamə Seyyid Muhəmmədhüseyn
Hüseyni "Məadşünaslıq” kitabında yazır:
"Doktor Hüseyn Ehsan adında bir
dostum var idi. Qışın altı ayını Kərbəlaya
gedər və orada həkimlik edərdi.
Yoxsullardan pul almazdı. Çox səfalı və xeyir düşüncəli bir insan idi. O, nəql
edir: "Ziyarət üçün Kazımeynə (ə)
getmişdim. Dəclənin sahilində gördüm
ki, maşında cənazə gətirdilər. Onu
düşürdüb çiyinlərinə aldılar. Onu İmam
Kazım (ə) və İmam Muhəmməd Təqinin (ə) hərəminə tərəf apardılar. Mən
ziyarətə gəldiyim üçün onlarla bir yerdə
hərəmə daxil oldum. Birdən gördüm ki,
qəbirin üstündə qara və qorxulu bir it
əyləmişdir. Çox təəccüb etdim. Öz-
özümə dedim ki, bu it niyə cənazənin üstündə gedir ki? Ancaq bilmirdim ki,
bu it onun bərzəx bədinidir.... Yaxınımda olanlardan soruşdum:
- "Cənazənin üstündə nə var?” Dedilər:
-"Heç nə yoxdur. Həmin parçadır ki,
üstünü örtüblər”.
Bu zaman başa düşdüm ki, mənim
gördüyüm həmin qara it - o insanın bərzəx aləmindəki misali bədənidir.
Cənazəni hərəmə gətirdilər. İçəri girən
zaman gördüm ki, o it aşağı düşdü və
hərəmin bayırında dayandı. O cənazəni
təvaf etdilər və geri qayıdan zaman
həmin it yenə cənazənin üstünə tullandı və onun üstündə getməyə başladı”
Onun sahibi çox günahkar bir insan idi.
Doktor Ehsan səfalı batinə malik olduğu
üçün onun bərzəxdəki simasını
görmüşdü”. Beləliklə, deyə bilərik ki, əgər öləndən
sonra yaxşı aqibət istəyiriksə, gərək bu
dünyada rəftar və əməlimnizə nəzarət
edək. Heç bir zaman İlahi əzaba düçar
olmayaq, çünki bizi dəhşətli aqibət
gözləyər.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 223 Bölmə: Maraqlı melumatlar