beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Esl Sevgi ELI(a.s) Ve XANIM FATIME (a.s)

Həzrət Əlinin (ə) həzrət Fatiməyə (ə) sevgi və məhəbbəti olduğu bir halda necə olur ki, "Nəhcül-bəlağə"də dünyaya meyli olmadığından söhbət açır?

Birincisi, təbii və fitri hiss olan sevgi qınanılan dostluqla (sevgi ilə) güclü və zəiflik baxımından fərqlidir.
Dünyaya meyl təbii həyat ehtiyaclarını təmin etmək səviyyəsində olsa, nəinki qınağa məruz qalmır, əksinə yaxşı hal kimi qiymətləndirilir. Lakin ifrata gətirib çıxararsa və məftunluq nümunəsinə çevrilərsə, heç də yaxşı hal kimi dəyərləndirilməyəcək.
İkincisi, Allaha bəndəliyə vəsilə olacaq sevgi əslində dünya sevgisi yox, axirət sevgisidir ("Biharul-ənvar", c. 70, səh. 62).
Həzrət Əlinin (ə) kəlamlarının məcmusundan belə nəticəyə gəlmək olar ki, qınaq obyekti və dəyərsiz olan dünya insanı axirətdən yayındıran dünyadır. İnsanı axirətə qovuşduran dünya isə bəyənilən və yaxşıdır. Xoşagəlməz və bəyənilməyən dünya son qayə olan, insanı özünə məşğul edən, axirətdən üz döndərən dünyadır. Bəyənilməyən dünya o dünyadır ki, insanı özünə əsir edir. Allahı, dünyanı, axirəti, dini, hətta özünü onun üçün dünyaya satacaq qədər kiçildir (Bax: "Nəhcül-bəlağə", qısa kəlamlar: 56; məktub: 49; xütbə: 160; "Qürərul-hikəm", c. 2, səh. 331, hədis: 2764-2763).
Belə olan halda İmam Əlinin (ə) həzrət Zəhraya (ə) olan sevgisi hansı qisimə daxildir? Bəyənilməyən dünya sevgisinə, yoxsa bəyənilən dünya sevgisinə?
Məsumların (ə) sevgisinin kökündə yalnız Allaha sevgi durur. Onlar əminliklə və öz sonsuz, dərin dərkləri ilə bu həqiqəti bilirlər ki, Allah, kainatda və varlıq aləmində yeganə həqiqi və gerçək məhbubdur. Buna görə də məsumlar öz minacatlarında Allah sevgisi istəyir və ondan uzaq düşməkdən gileylənirlər ("Münacati-muhibbin"; "ərəfə" duası; "Kumeyl" duası).
Allah sevgisi bütün sevgilərin əsasını təşkil etdiyi üçün mötəbər şiə kitablarında "Hübb fi Allah" və "Buğz fi Allah" başlıqlı fəsillərə yer verilmiş və orada ən orjinal dini təlimləri ehtiva edən, insanı doğru sevgilərə ən yaxşı şəkildə yönəldən rəvayətlərə yer almışdır (Bax: "Əl-Kafi fil-üsul", c. 3).
İmam Əlinin (ə) həzrət Zəhraya (ə) sevgisi də bu yöndə idi. Yəni, həzrət (ə) Allah sevgisinə qərq olduğundan Allahı sevən hər şeyi və hər kəsi, eləcə də Allahın sevdiyi hər şeyi və hər kəsi sevirdi. Bu sevgi həzrət Fatimə (ə) kimi fərdlərə münasibətdə ən yüksək səviyyədə idi. Çünki könül gözü ilə o həzrətin (ə) ilahi eşqin hansı pilləsində durduğunu və həzrət Haqqın da onu nə qədər çox sevdiyini görürdü.
Demək, İmam Əlinin (ə) öz həyat yoldaşına sonsuz sevgisi – dünyəvi və məcazi eşqin müsbət hal olduğu – ər-arvadlıq münasibətindən əlavə daha çox həzrət Fatimənin (ə) axirət sevgisi, Allah sevgisi ilə bağlı idi....Oxuyan her kesden ALLAH RAZI OLSUN


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Maraqlı melumatlar