beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlar Сənnətin ətrini Də Duymazlar (ayə Və Hədislə

Allah-təala buyurub:

- “...Allaha şərik qoşana Allah, şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (Maidə, 72).

- “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!” (Əraf, 40).

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

- “Cəbrail mənə söylədi ki, cənnətin ətri min illik məsafədən duyular. Bununla belə, onun ətri aşağıdakı adamların burnuna dəyməz: valideynin üzünə ağ olan övlad, qohumlarla rabitəni kəsən adam, zinakar ağsaqqal, qonşusunu incidən adam, fitnə-fəsad yayan şəxs, başqasının boynuna minnət qoyan adam və dünyadan doymayan insan” (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 330). Hədisin sonunda onun başqa bir variantı verilir ki, burada həmin dəstəyə qəbirləri açıb ölülərin kəfənini oğurlayan, cinsi pozğunuq edən (yəni öz həmcinsi ilə əlaqədə olan) və özünü çəkərək, təkəbbürlə yeriyən adam da əlavə edilir.

- “Valideynə ağ olmaqdan çəkinin. Behiştin ətri min illik məsafədən duyular. Amma ağvalideyn olan, qohumlarla əlaqəni kəsən, zinakar qoca və təkəbbürlü adam bu ətri heç zaman duymazlar” (Üsulül-Kafi, II, 349).

- “Hər kimin müsəlman qardaşı borc üçün ona möhtac olsa və o, imkanı olduğu halda borc verməsə, Allah cənnətin ətrini ona haram edər... Etdiyi yaxşılığa görə minnət qoyan, paxıl və sözgəzdirən adama Allah behişti haram edər” (Şeyx Səduq. Əmali, 66-cı məclis).

- “Hər kim muzdla tutduğu işçinin pulunu verərkən ona haqsızlıq etsə, Allah onun xeyir əməllərini puça çıxarar və beş yüz illik məsafədən duyulan cənnət ətrini ona haram edər” (Təbrisi. Məkarimül-əxlaq, səh. 428).

- “Hər kim öz qonşusunu incitsə, Allah cənnətin ətrini ona haram edər” (Vəsailüş-şiə, Cihad kitabı, səh. 283).

- “Üç nəfər heç vaxt cənnətə girməz: qeyrətsiz adam, özünü kişilərə bənzədən qadın və ardıcıl olaraq şərab içən adam” (Mizanül-hikmə, I, 430, hədis 2590).

- “Yalançı və xəyanətkar adamlar cənnətə girməzlər” (Kənzül-ümmal, XVI, 25, hədis 43777).

- “Mühəmmədin canını öz ixtiyarında saxlayan Allaha and olsun ki, siz mömin olmayınca cənnətə girməzsiniz, bir-birinizi sevməyincə də mömin olmazsınız. İstəyirsinizmi aranızdakı sevgini artırmağın yolunu sizə öyrədim? Bir-birinizə aşkarda (uca səslə) salam verin” (Nəhcül-fəsahə, hədis 1555).

- “Sözgəzdirən adam cənnətə girməz” (Sünənü Əbu Davud, Kitabül-Ədəb, 38-ci töhfə, hədis 4871).

- “Allah-təala cənnəti yaradandan sonra ona buyurdu ki, danışıb bir söz desin. Cənnətdən nida gəldi: “Məndə məskən salacaq insanların xoş halına!” Bu zaman Allah-təala buyurdu: “İzzət və cəlalıma and olsun ki, səkkiz cür adam səndə məskunlaşmaz: şərab içməyi adət edən, təkrar-təkrar zina edən, söz gəzdirib xəbərçilik edən, ailəsinin qeyrətini çəkməyən, zalım hökmdarın əlaltısı kimi fəaliyyət göstərib camaatı incidən adam, cinsi pozğun şəxs, qohumlarla rabitəni kəsən və filan işi etməyəcəyi barədə Allahla əhd bağlayıb sonra buna vəfa etməyən adam” (Şəhidi-sani. Kəşfür-reybə, səh. 82).

- “Üç nəfər cənnətə girməz: şərabxor, sehrbaz və qohumlarla rabitəni kəsən adam” (Vəsailüş-şiə, XV, 346).

- “Hər kim rəiyyət sahibi olsa (yəni bir dəstənin üzərində hakimiyyət qazansa) və rəiyyəti aldatsa, Allah cənnəti ona haram edər” (Səhihü Müslim, Kitabül-İman, 62-ci töhfə, hədis 363).

- “...Həqiqətən, Hüseyn cənnətin qapılarından biridir. Hər kim onunla düşmənçilik etsə, Allah cənnəti ona haram edər” (Biharül-ənvar, XXXV, 405, hədis 28).

İmam Əli ibn Əbu Talib (ə) buyurub:

- “Öz batinini gözəlləşdirməyən və niyyətini saflaşdırmayan adam cənnətin feyzini (ləzzətini, mükafatını) qazanmaz” (Ğürərül-hikəm, hədis 10868).

İmam Cəfər Sadiq (ə) buyurub:

- “Allah-təala bunu özünə vəzifə kimi lazım edib ki, üç cür adamı cənnətdə sakin etməsin: Allahı inkar edən şəxsi, hidayətçi məsum imamı inkar edən insanı və bir möminə öz haqqını əldə etməyə mane olan adamı” (Şeyx Səduq. Əl-Xisal, səh. 151).

- “Dörd nəfər cənnətə girməz: kahin, münafiq, şərabxor və sözgəzdirən adam” (Vəsailüş-şiə, XII, 309).

- “Qəlbində zərrə qədər təkəbbür olan adam cənnətə girməz” (Şeyx Hürr Amuli. Cəhadün-nəfs, Təkəbbür babı, hədis 4).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar