beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axirətin Gəlişini Xəbər Verən əlamətlər

Axirətin gəlişini xəbər verən birinci əlamət bundan ibarət olacaq ki, insanlar arasında birdən-birə dinsizlik yayılacaq. Məkkə və Kəbə yox olacaqdır. Quran unudulacaq. O zaman göydən Allahdan ilham alacaq Mehdi-ez-zeman zühür ederək, yerdə ədalət və imanı bir müddət bərpa edəcəkdir. Axirət gəlib çatanda Deccal adlı birisi uzaq adadan çıxıb gələcək, həm də elə bir dəqiqədə ki, Quranda adı çəkilən vəhşi Asiya xalqları Yecuc və Mecuc o zamanadək özləri üçün aşılmaz bir maneə olan səddi yıxıb dağıdacaqlar. Boyca nəhəng bir vücud olan Deccal çox böyük uzunqulağa minib gələcəkdir. Deccal yer üzündə 40 gün hökmranlıq edəcəkdir və bu müddət ərzində Yeri viran edəcəkdir. O zaman İsa göydən Müqəddəs torpağa enib Deccalı öldürəcək və ibadət üçün Yerusəlimə gedəcək. O ölənə qədər 40 il ərzində yer üzündə səadət və məhəbbət hökm sürəcəkdir. Baş mələklərdən İsrafil öz seypurunu bir dəfə çalanda təbiət tir-tir əsməyə başlayacaq. O seypuru ikinci dəfə çalanda bütün insanlar can verib öləcəklər. Bundan sonra 40 illik bir dövr başlayacaq ki, bu dövrün sonunda şiddətli yağış yağacaq; bu yağışdan sonra üçüncü dəfə çalınan seypur səsi eşidiləcək və bu səs bütün ölüləri hamılıqla diritməyə və mehser günündə Yerusəlimdə bir yerə yığışmağa çağıracaq. Mehser günü min illərə bərabər olacaq. Dirilən insanlar qızmar günəş altında Allahın hüzürunda ayaq üstündə duracaqlar. Allah insanları bir-bir dindirib sorğu-sual edəcək, bütün hərəkətlərini tərəzidə çəkən kimi ölçüb biçəcəkdir. Sonra insanlar tük kimi nazik və qılınc kimi iti Sirat körpüsü üstündən keçəcəklər. Cəhənnəmin üstündən salınan bu körpü cənnətə gedir. Həzrəti Məhəmməd günahkarların bağışlanmasını Allaha yalvaracaq. Məhəmmədin bu səfaəti nəticəsində ancaq o adamlar cəhənnəmdə qalacaqlar ki, Qurana görə onlar həmişəlik orada qalmalıdırlar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar