beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bismillah"la "Bismillahsız" Kəsim Arasındakı Böyü

"Bismillah"ın sirri

Elm adamları, heyvan kəsimi əsnasında dini cəhətdən yerinə yetirilməsi zəruri olan "Bismillah", "Allahu Əkbər" sözünün kəsilən ətlərə hər hansı bir təsirinin olub-olmadığını araşdırdıqları zaman çaşdırıcı nəticələrlə qarşılaşırlar.

Araşdırmanın metod və texnikası mövzusunda məlumat verən Şam Universiteti Əczaçılıq Fakültəsinin dekanı Prof. Dr. Nebil Şərif, "Bismillah"la kəsilən quş cinsləri, mal və kiçikbuynuzlu heyvanların və "Bismillah"sız kəsilən eyni cinsdən olan heyvanların ətlərindən ayrı-ayrı nümunələr götürərək xüsusi laboratoriyalarda uzunmüddətli mikroskopik araşdırmalar apardıqlarını söyləyib.

Nəticədə, "Bismillah"la kəsilən heyvan ətlərinin nümunələrinin açıq qırmızı gül rəngi aldığını, Bismillah"sız kəsilən ət nümunələrinin isə, qaraya yaxın tünd qırmızı bir rəngə büründüyü görülür.



Çaşdırıcı nəticə

Professor Şərif bundan əlavə, "Bismillah"la kəsilən ətlərdə hər hansı bir mikroba rast gəlmədiklərini, "Bismillah"sız kəsilən ətlərin diaqnozunda isə davamlı olaraq çoxalan, iri həcmdə zərərli mikrob və bakteriyaların təsbit edildiyini söyləyib. "Bismillah"sız kəsilən ətlərin toxumalarındakı qanda iltihablı ağ qan hüceyrələri və qırmızı qan hüceyrələri təsbit edilərkən, "Bismillah"la kəsilən ətlərin toxumalarında buna bənzər hər hansı bir nəticəyə rast gəlinmədiyi sübut edilib.



Araşdırmada iştirak edən elm adamlarından olan Dr. Əbdulqadir Dirani, "Quranda, "Allah adı zikr edilmədən kəsilən heyvan ətini yeməyin"-şəklində olan ilahi əmrə baxmayaraq, heyvan kəsimində bəzən "Bismillah" kəlməsinə qarşı laqeydlik, bizləri bu mövzunu elmi olaraq araşdırmağa sövq etdirdi. "Bismillah" və "Təkbir"lə heyvanın kəsilməsi mövzusunu araşdırmağa başlayan zaman, qrupda olan bəzi yoldaşlar mövzuya əvvəlcə soyuq yanaşdılar. Ancaq araşdırmalar əsnasında hər mərhələdə təəccüblü nəticələr ortaya çıxınca, qrupun mövzuya olan marağı daha da artmağa başladı.



"Bismillah" və "Təkbir"lə kəsilən heyvan ətlərində,"Bismillah"sız kəsilən heyvan ətlərinin əksinə olaraq, ət toxumalarında qan və mikrobların tapılmaması, "Bismillah"ın böyük bir möcüzəsi olaraq qarşımıza çıxdı"- şəklində fikirlərini dilə gətirib.



Araşdırmanı icra edən qrup adından Küveyt Xəbər Agentliyinə açıqlama verən Prof. Dr. Xalid Halave isə, laboratoriya mühitində aparılan təcrübələrdə,"Bismillah"sız kəsilən mal, kiçikbuynuzlu heyvan və quşların ət toxumalarında laxtalanmış qan, çoxalmağa meyilli bakteriya və mikrobların təsbit edildiyini, lakin, "Bismillah"la kəsilən heyvanın ət toxumalarında qan, mikrob və bakteriyalara rast gəlinmədiyini ifadə etmişdir.



Kəsimin fərqi

Həmin universitetin Baytarlıq Fakültəsi Ət Sağlamlığı bölməsinin professorlarından olan Fuad Nima, dünyanın bir çox ölkəsində tətbiq olunan, heyvanların keyidilərək öldürülməsi əməliyyatı zamanı qanın bədəndə qalması, bu cür ətlərin daha tez xərəb olmasına səbəb olur. Halbuki, kəsim zamanı deyilən "Bismillah" və "Təkbir"in, heyvana göstərdiyi təsir və həyəcanın, onun orqan və əzələlərində meydana gətirdiyi hərəkətin qanın maksimum miqdarda çölə atmasına səbəb olduğunu və heyvanların daha az əziyyət çəkdiyini sübut etdiklərini ifadə edir.

Araşdırma nəticələri belədir. Bizə düşən, bu məlumatları sizlərlə paylaşmaqdır. Mövzu haqqında detallı şəkildə məlumat almaq istəyənlər, http://us.moheet.com və ya http://www.gidaraporu.com ünvanlarına da baxa bilərlər.



İnancımıza görə, Allahın haram və ya halal etdiklərində mütləq hikmət axtarmaq lazım deyil. Lakin insanlığın bu günə qədər əldə etdiyi təməl təcrübə, Allahın əmr və qadağanlarında bildiyimiz və ya bilmədiyimiz hikmətlərin olduğunu açıqlayır. Elm inkişaf etdikcə, Allahın bizlər üçün hazırladığı nemət və hikmətləri anlamaq daha da asanlaşır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar