beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**IslAmI_qEbUl_EtmIw_Ilk_InsAn**

İslamı qəbul etmiş ilk insan
Əli əleyhissəlamın bu
dövrdəki ilk iftixarı onun ilk
növbədə İslamı qəbul
etməsidir. Daha dəqiq desək,
Əli (əleyhissəlam) bu dövrdə
özünün əvvəldən olan İslami
əqidəsini aşkar etmişdir. Əli
(əleyhissəlam) əvvəldən
təkallahlığa inanmış və əsla
bütpərəst olmamışdır. (Əxtəb
Əl-Mənaqibi Xarəzm, səh.18)
Yə’ni, Əli əleyhissəlamın
İslamı qəbul etməsi bu
mə’naya deyil ki, o,
bütpərəstlikdən əl çəkmiş və
İslamı qəbul etmişdir. (Ancaq
peyğəmbərlərin digər
səhabələrinin İslamı qəbul
etmələri bu mə’nayadır.)
İslamı qəbul etməkdə irəli
düşmək elə bir dəyər,
fəzilətdir ki, Qur’an açıq-
aşkar ona işarə edərək
buyurmuşdur: «Bir də öndə
olanlar, öndə olanlar! Bunlar
[Allahın dərgahına, Allahın
lütfünə və mərhəmətinə]
yaxın olanlardır.» (“Vaqiə”
surəsi, ayə 10-11)
Qur’anın İslamı qəbul
etməkdə irəli düşməyə
xüsusi diqqəti o qədərdir ki,
hətta Məkkənin fəthindən
qabaq müsəlman olanlar
Məkkə fəthində sonra
müsəlman olanlardan üstün
sayılır. Gör indi hicrətdən
qabaq müsəlman olanlar nə
dərəcədədirlər? «Sizlərdən
[mal-dövlətini] fəthdən
[Məkkənin fəthindən] əvvəl
[Allah yolunda] sərf edənlər
və [müşriklərə qarşı]
vuruşanlar [başqaları ilə]
eyni deyillər. Onlar [mallarını
Allah yolunda] fəthdən sonra
sərf edib döyüşənlərdən
dərəcə e’tibarı ilə daha
üstündürlər. Bununla belə,
Allah-taala onların hamısına
[həm birincilərə, həm də
ikincilərə] ən gözəl mükafat
[Cənnət] və’d
buyurmuşdur.» (“Hədid”
surəsi, ayə 10)
Məkkənin fəthindən (hicrətin
səkkizinci ilindən) qabaq
müsəlman olanların
dərəcələrinin üstün olması
ona görədir ki, onlar İslamı
qəbul edəndə İslam dini hələ
Ərəbistan yarımadasına tam
yayılmamışdı, müşriklərin
qərargahı olan Məkkə şəhəri
İslamın düşməni olaraq
qalırdı. Müsəlmanlar hələ
qorxu içərisində yaşayırdılar.
Düzdür, müsəlmanlar
Mədinəyə hicrət etdikdən və
Mədinənin böyük qəbilələri
Ovs və Xəzrəcin və bir çox
başqa qəbilələrin İslama
gəlməsindən sonra
müsəlmanlar bir qədər
gücləndilər və bir çox
müharibələrdə meydandan
qalib kimi çıxdılar. Belə bir
zamanda İslamı qəbul etmək
böyük üstünlüyə malikdirsə,
şübhəsiz ki, İslamın ilkin
çağlarında (hicrətdən qabaq)
Qüreyşin və bütpərəstlərin
camaata meydan oxuduqları
bir dövrdə İslamı qəbul
etmək daha çox üstünlüyə
malik olmalıdır. Buna əsasən
də, peyğəmbərin səhabələri
arasında İslamı qəbul
etməkdə irəli düşmək (və
hətta birinci olmaq) böyük
bir şərəfdir.
Beləliklə də, Əli
əleyhissəlamın İslamı birinci
qəbul etməsinin də nə
dərəcədə üstün olması
mə’lum olur.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar