beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cox Cirkin Ses.

Mövlana Həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:
- ALLAH (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?
Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər.
Mövlana:
- Hər heyvanın özünəməxsus zikri, təsbihi var.
Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir.
İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var.
Halbuki, biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acıyanda və cinsi yaxınlıq istədikdə.
Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir.
Könlündə ALLAHa (c.c.) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də ALLAH (c.c.) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar