beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHİM !

Utanıram yuxumu. ibâdətimə tərk
etdiyim gecələrə görə...
həmdə Rəbbə ən yaxın vaxtın gecə
olduğunu bilə-bilə...
Duanın rədd olunmadığı o misilsiz
gecələrdə, alnımı səccadəmdə yetərincə
tutmadım deyə...
Əlimi dua üçün açamadığım gün və
gecələrə görə...
Utanıram Rəbbimin və Rəsûlunun
(s.a.v.) adını yetərincə zikr etmədim deyə...
Yemək yeyərkən ac qalanları
xatırlamadığım günlərə görə...
Bir neçə xurma ilə doyan Rəsûl-i
Əkrəm'i və Əshabını bilincə,
Sıxıntını dərd etdiyim "sıxıntısız" hâlıma görə...
Şükr etməyi unutduğum anlara görə...
Hər şeyə görə utanıram...!
Qüsursuz nemətlərlə yaşadığımız üçün
şükr etmək əvəzinə,
nemətləri görməyən korlardan oldum deyə,
Utanıram hər yeni bir geyim aldığımda
illərcə eyni paltarda olanları görmədim
deyə...
Utanıram aynaya hər baxdığımda
qüsursuz yaradıldığımızı anlamıram deyə...
Utanıram bilmədiklərimi indi
öyrənməyə,
görmədiklərimi indi görməyə
Çox utanıram, Allahım,
Səndən bir şey istəməyə! Həmişə fikirləşərdim ki "istəmək"
məndən, vermək "istəmə hissini
verəndən" dir.
İndiyə qədərki heçbir istəyimi bu
qədər ürəkdən istəmədim.
Rəbbim, dünyada utandım, Axirətdə utandırma məni,
Hüzurunda utandırma...men i,.. Yenə də utanıram ,
"Mən lâyiqəmmi" deyə
İlâhi, Sən qəlbləri ən yaxşı bilənsən....
Əff et, mərhəmət et. Əzabından qoru.
Səndən yenə Sənə sığınıram Allahim !


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar