beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kasiba Pis Baxma...

Bir gün Allahın Rəsulu, sevimli
peyğəmbərimiz Məhəmməd (s.ə.s)
ümmətini, möminləri bir yerə yığaraq,
gözəl dinimiz haqda insalara danışırdı.
İmanlı insanlar sakitcə oturub, çox
diqqətlə Onu (s.ə.s) dinləyirdilər ki, birdən qapı açılır və içəri bir kasıb
ixtiyar daxil olur. Onun pal-paltarına
baxanda çox kasıb olduğu
görsənirdi. Gecikdiyini görən kasıb,
sakitcə boş yer axtarmağa başladı. Bu
zaman şəhərin ən tanınmış zəngin bir adamın yanında boş yer olduğunu
görür və ora tərəf gedir. Bunu görən
zəngin ağız-burnunu əyərək, pal-
paltarını özünə tərəf çəkir və narazı
şəkildə dodaqları ilə nəsə də deyir.
Kasıb pis olsa da ona fikir vermir və sıxılaraq bir küncdə oturur. Bunu
görən Peyğəmbər (s.ə.s) çox sakit bir
tərzdə deyir: -"Sən qorxdun ki, onun
kasıblığı sənə də keçər?" Zəngin bu
sualı gözləmirdi, özünü itirərək deyir:
-"Xeyir, ey Allahın Rəsulu". -"Bəs onda qorxdun ki, sənin var-
dövlətinin yarısı onun olar?"
-"Xeyir, Ya Peyğəmbər". -"Hə, bildim,
onda sən qorxdun ki, birdən o sənin
paltarını çirkləndirər, düzdü?"
-"Xeyir, Ya Allahın Rəsulu". -"Bəs onda sən niyə bu hərəkəti
etdin?" Bu zaman zəngin öz
hərəkətindən utanaraq dedi:
-"Ya Rəsulallah, mən Allahın iznilə öz
var-dövlətimin yarısını ona verəcəm,
bəlkə onda Allah məni bağışlayar". Sıxılıb bir kənarda oturan kasıb
birdən bunu eşidərək, mərd deyir:
-"Yox, yox!!! Səni bu cür edən və
insanlığını unutduran pulların mənə
lazım deyil. Həyatda puldan dəyərli
insanlıqdır." Zəngin başını aşağı salır və etdiyi
hərkətə görə peşman olur. Bu zaman
Peyğəmbərimiz Məhəmməd (s.e.s) əlini
kasıbın çiyninə qoyaraq deyir:
-"Sən bizim aramızda olan insanların
içərisində ən zənginisən".


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar