beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən Ali Nümunələr!

Dünya gözəlliklərlə əhatə olunub.Ən ali və ən sonsuz camalın sahibi Allahın özüdür.Əcəba gözəllik axtaran və saxta gözəllik donuna bürünmüş olan insan gözəlliyin kimin əlində olduğunu bilirmi?!Yaradılış aləminə əgər Allahın nəzərincə baxsaq onda bütün yaranmışları gözəl görərik.Lakin varlıqların və madiyyatın gözü ilə baxsaq təbii ki,varlıqların bir-birindən eyni mövqedə durmadıqlarının şahidi olarıq.Onların biri daha gözəl,digəri daha şirin və o biri daha alidir.Varlıq aləmində insan ən kamil və ən ali varlıqdır.İnsanı digər varlıqlardan ayıran ən böyük özəlliyi onun ağıl,ixtiyar və seçim qüdrətinə malik olmasıdır.Hətta insanları da xüsusi özəlliklər bir-birindən ayırır,məsələn-biri yaxşı o biri daha yaxşıdır.Diqqət etsək görərik ki,hər bir sənətdə,işdə,ictimaiyyətdə və qurumda ən üstün olanı vardır.Yaxşı insanların arasından salehlər,salehlərin arasından peyğənbərlər,onlardan ulul-əzm peyğəmbərlər və onların da arasından bütün mövcüdatın aşrəfi olan həzrət Muhəmməd(s) ən üstünüdür.Beləliklə də,hər bir toplumdan ən yaxşı olanı tapmaq olar.Bu üstün insanlar başqaları üçün nümunə ola bilərlər.Necə ki,Allah həzrət Rəsuli-Əkrəm(s) barəsində buyurub-"Şübhəsiz Allah Rəsulunun rəftarında sizin üçün həyat örnəyi və nümunəsi vardır."
Müasir dövrdə cəmiyyətimiz örnək olaraq nümunəvi insanları tanımağa çalışır.Bu nümunə seçmək fitri olduğu üçün bunun qarşısını almaq mümkün deyil.Həmçinin bu istəkdən sui istifadə edənlər də hər zaman olmuşdur.Onlar öz çirkin ideyalarını irəli sürməkdən ötrü cəmiyyətə münasib olmayan nümunələr təqdim edirlər.Bu ən çox formalaşmaqda olan gənclərimizə çox mənfi təsir göstərir.Cəmiyyət bu nümunələrlə irəliləyərək öz milli və mənəvi dəyərlərini itirir.İslam dini nümunəvi və öncül olmağa həvəsləndirərək buyurur-"Düzgün nümunələrə sahib və nümunəvi insan olmaq üçün gərək onları tanıyasan.".Çalışın həmişə nümunəvi olun.!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar