beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİM ZALIMA MEYL EDƏNDİR?

Bismilləhir-Rahmənir-Rahim!


Müqəddəs dinimiz zülmdən və zalımlıqdan çəkindirmək mövzusunda çoxlu sayda tövsiyələr etmişdir. Zülm etmək dinimizdə son dərəcədə pislənir, zalımın acı aqibəti barədə xəbərdarlıq edir. Qurani-Kərimin “Furqan” surəsinin 27-ci ayəsində zalımların peşmançılığı barədə buyurulur: “O gün ki, zalım öz əllərinin arxasını dişləyər və deyər: “Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim””.

KİM ZALIMA MEYL EDƏNDİR?


Dinimiz həm şəxsi, fərdi müstəvidə, həm də ictimai müstəvidə edilən zülmü son dərəcədə pisləyir və insanları bundan çəkindirir. Əlbəttə, ictimai müstəvidə edilən zülmlər daha şiddətlə qınanır. Eyni zamanda, zalıma və zülmə yardım etməyin acı aqibəti barədə xəbərdarlıq edilmişdir. Qurani-Kərimin “Hud” surəsinin 113-cü ayəsində buyurulur: “Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz”.

İmam Cəfər Sadiq (ə) “Zülm edənlərə meyl salmayın» ayəsi barədə buyurub: “Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir”.

Yəni bu dərəcədə ciddi məsuliyyəti var insanın zülmə dəstək vermək baxımından. İstər ailə üzvünə, qonşuya edilən zülm olsun, istərsə də camaata – heç bir halda zülmə rəvac verməyə icacə verilmir. Zira, əgər zülm dəstəklənməsə, onun həyata keçirilməsi zatən mümkün olmaz. İmam Sadiq (ə) bu barədə buyurub: “Əgər bəni Üməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heç vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər”.

İmam Cəfər Sadiqdən (ə) nəql olunan digər hədisdə isə nəinki tək zalımın və ona yardım edənin, bu zülmə razı olanın da məsuliyyətinə diqqət çəkilir: “Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir”.

Gördüyümüz kimi, zülmə razı olanlar, bu zülmü hər hansı formada dəstəkləyənlər zalımla bir yerdə məsuliyyət daşıyacaqlar.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar