beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmirəlmöminindən (ə) Nəql Olunan Hədislər

İki nəfər mənim belimi sındırdı; fasiq alim və cahil abid. Biri insanların əqidəsini korlayır, digəri isə öz ibadəti ilə camaatı aldadır.

Üç şey öldürəndir; simiclik, həvəs və özünübəyənmə. İmanın üçdə biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir.

Hər şeydən dəyərsiz ən cahil insandır. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir.

Hər kəsin dostu onun əqli və hər kəsin düşməni onun cəhalətidir.

Azla da olsa işləri yoluna qoy, lakin öz ehtiyac və kasıblığını bildirmə.

Daxilən sadə, zahirən isə varlı olun. Allah-taala Öz bəndələrinə gözəl ədəb öyrədərək (kasıb, həyalı bəndələrinin xüsusiyyətləri barəsində) buyurub: “Onların şiddətli heysiyyətləri olduğuna görə qafil insanlar onları ehtiyacsız hesab edərlər. Onları sən üzlərindən tanıyarsan. Camaatdan israrla bir şey istəməzlər.”

Əli (ə) buyurub: “İki şey insanları həlak edib; yoxsulluqdan qorxmaq, fəxr və öyünmək arzusu.”


Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə cürət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri içmək.

Qadın üç yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və kənizlik vasitəsilə.

Əmirəl-möminin (ə) buyurur: “Üç şey insanı əldən salar: Kasıbçılıq, qorxu və qəm-qüssə. Üç şey də ruhu dirildər: alimlərin söhbəti, dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.”

Allah üç nəfərin qazancından bərəkəti götürüb: İnsan satanın, dişi inək kəsib satanın və ağac kəsənin.

Üç halda dostunun haqqını yerinə yetirməyənə dost demək olmaz: Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra.

Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın nəzərində isə bu ikisindən biri kimi ol.

Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata bilməyəcəyi şeylərin ardınca gedər.


Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz əlaltılarını sıxışdırar və zülümkarlara kömək edər. Riyakarın da üç əlaməti var: Təklikdə tənbəl və süst, camaat arasında isə fərəhli və gümrahdır və camaatın xoşladığı hər bir işi böyük həvəslə yerinə yetirər.

Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki, məlum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin.


Hər kəs ki, uzun ömür sürmək istəyirsə sübh tezdən yemək yesin, yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar