beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EHLİ-BEYTİN FEZİLETİ

5. Aişe ® revayet edir ki, “Resulullah (s) üzerinde qara naxışlı bir parça olduğu halda menim yanıma geldi. Bu zaman Hesen de geldi. Onu örtüyün altına saldı, sonra Hüseyn geldi, onu da saldı, sonra Fatime geldi, onu da saldı. Sonra Eli geldi, onu da saldı. Sonra dedi: “Siz ey ev ehli! Allah sizden çirkinliyi yox etmek ve sizi tertemiz (pak) etmek ister” («el-Ehzab», 33). (Müslim, Fadailus-sehabe, 61/2424).
6. Yezid bin Heyyan revayet edir ki, “Bir gün Hüseyn bin Sebre ve Amr bin Muslim ile birlikde Zeyd bin Erqamın ® yanına getmişdik. Oturarken Hüseyn, Zeyd bin Erqama bele dedi: “Ey Zeyd, sen çox xeyirle qarşılaşdın. Resulullahı (s) gördün, eşitdin, birlikde döyüşlerde oldun ve arxasında namaz qıldın. Belece neçe xeyirli işler sene nesib oldu. Resulullahdan (s) eşitdiklerinden bize danış. Zeyd dedi: “Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Resulullahdan (s) eşitdiklerimden be’zilerini unutmuşam. İndi revayet edeceklerimi qebul edin, susanda danışmağa mecbur etmeyin:
– Mekke ve Medine arasında “Xum” adlanan yerde Resulullah (s) bir bulaq başında xütbe verdi. Allaha hemd-sena etdikden sonra bele buyurdu: “Ey insanlar! Men ancaq bir beşer övladı, Rebbimin elçisiyem. Allah qarşısında cavab vereceyim ve Onun yanına qayıdacağım gün yaxınlaşır. Size iki ağır şey terk edirem. Birincisi, Allahın hidayet ve nur kitabı olan Qur’andır. Allahın kitabını tutun ve ondan möhkem yapışın”. Qur’an haqqında te’siredici sözler söyledikden sonra dedi: “İkincisi Ehli-beytimdir. Ehli-beytim haqqında Allahdan qorxmağı, xeta etmemeyi unutmayın” – deyerek bunu 3 defe tekrarladı.
Hüseyn: “Ey Zeyd, peyğemberin Ehli-beyti kimdir? Onun zövceleri Ehli-beytden deyilmi?” – deyerek soruşdu. Zeyd dedi: “Peyğemberin qadınları da Ehli-beytdendir. Hemçinin Ehli-beyt sedeqe almaları haram buyurulan şexslerdir” – dedi. “Onlar kimdir?” – deye soruşulanda Zeyd dedi: “Ehli-beyt Elinin, Aqilin, Ce’ferin, Abbasın ailesidir”. Hüseyn: “Onların hamısına sedeqe almaq haramdır?” – deye soruşanda, Zeyd: “Beli” – dedi. (Müslim, Fadailus- sehabe, 2408).
Hedisi revayet eden Yezid bin Heyyan güvenilmiş revayetçidir. Orta yaşlı tabiinlerden – sehabeleri görenlerdendir.
Zeyd bin Erqam Resulullahla (s) 17 döyüşde iştirak edib. Peyğemberden 70 hedis revayet edib, hicretin 56-cı ilinde Kufede vefat edib.
Hedisde “sedeqe” sözü zekat me’nasında işlenib. Bu hedis başqa revayetde beledir:
7. Yezid bin Heyyan, Zeyd bin Erqamdan ® revayet edir ki, Resulullah buyurmuşdur: “Xeberiniz olsun! Men size iki ağır şey terk edirem: bunlardan birincisi Allah-tealanın Kitabıdır. O, Allahın ipidir. Kim ondan berk yapışsa, Allaha tabe olsa, o , doğru yoldadır. Kim onu terk etse, düz yoldan çıxmış olar. İkincisi ise itretim, Ehli-beytimdir”. Biz soruşduq: “Peyğemberin qadınları onun Ehli-beytindendirlermi?” Dedi: “Xeyr. Allaha and olsun ki, qadın eri ile bir müddet beraber olur. Boşandıqda o atasının yanına, öz qövmüne qayıdır. Resulullahın Ehli-beyti, neslinden olub özünden sonra sedeqe almaları haram olan, ata terefden qohum olan insanlardır”. (Müslim, Fadailus-sehabe, 2408).
Sual verile biler ki, peyğember (s) öz ebası ile tekce Eli, Fatime, Hesen ve Hüseyni ® örtmüşdüse, sonrakı nesil peyğemberin vaxtında yaşamadığı ve hemin hadisede (eba altına salınma) iştirak etmediyi halda Ehli-beyte nece daxil edilib? Bunu bele izah etmek olar ki, peyğemberin (s) öz ebasının altına yalnız Eli, fatime, Hesen ve Hüseyni ® salmasına baxmayaraq sonrakı nesillerin de Ehli-beyte aid edilmesinin sebebi onların Elinin ailesi ve ata terefden peyğembere yaxın olmalarıdır. Bu onu gösterir ki, Ehli-beyte yalnız Eli, Fatime, Hesen ve Hüseyn ® daxil deyil.
Hedisde peyğemberin (s) bize terk etdiyi ikinci emanet onun Ehli-beytidir. Hedis müselmanlardan peyğemberin (s) Ehli-beytini zekat malı alan insanların veziyyetine salmamağı teleb edir.
8. İbn Ömer ® Ebu Bekrin ® bele dediyini revayet edir: “Mehemmede Ehli-beytinin içinde hörmet edin” (Buxari, Kitabul-fadail-eshab 12/60, 24/91).
Ebu Bekr ® insanlara bu cür müraciet ederek onları Resulullahın ® Ehli-beytine hörmet etmeye çağırmışdır. Hedisde, Resulullahın ehli-beytine hörmete, sevgiye, ehli-beytini ucaltmağa işare edilir. Bu “Ehli-beyte eziyyet vermeyin, pis söz demeyin” demekdir.
Ev sahibini seven o evin aile üzvlerini de sevmelidir. Aile üzvlerine edilen eziyyetin o ev sahibini narahat edeceyini düşünmek lazımdır. Şübhe yoxdur ki, aile üzvleri ile yaxşı münasibetde olmaq, aile başçısını memnun eder. Buna göre de hamı peyğemberin (s) Ehli-beytini sevmeli ve onlar haqqında yaxşılıqdan başqa bir şey düşünmemelidir. İlk müselmanların tövsiyyeleri bele olmuşdur.
Allah bizi onların sevgisi ile yaşatsın ve öldürsün ve bizi onlarla birlikde diriltsin! Amin!


Eli bin Ebu Talibin ® fezileti

1. Enes bin Malik ® revayet edir ki, “Resulullah (s) bazar ertesi günü peyğember gönderildi, Eli ® çerşenbe axşamı günü namaz qıldı” (et-Tirmizi, Menaqib, 3976, hedis qeribdir).
Be’zi alimler bu hedise esaslanaraq Elinin ® genclerden ilk müselman olduğunu söyleyirler.
2. Abdullah bin Ömer ® revayet edir ki, “Resulullah (s) sehabeleri bir-biri ile qardaş etdi. Eli ® onun yanına geldi ve dedi: “Sehabeleri bir-biri ile qardaş etdin, amma meni heç kimle qardaş etmedin”. Resulullah (s) dedi: “Sen menim hem bu dünyada, hem de axiretde qardaşımsan” (et-Tirmizi, Menaqib, 3722).
3. Zeyd bin Erqam ® revayet edir ki, “Resulullah (s) demişdir: “Men kimin dostuyamsa, Eli de onun dostudur” (et-Tirmizi, Menaqib, 3714).
4. Se’d bin Ebu Vaqqas ® revayet edir ki, “Resulullah (s) Tebuk döyüşüne gederken Elini arxada (Medinede) saxlamışdı. Eli ® soruşdu: “Ey Allahın Resulu, meni qadın ve uşaqların yanında saxlayırsan?” Resulullah cavab verdi: “Sen Harunun Musa yanında aldığı yeri menim yanımda almaqdan razı deyilsen? Bu ferqle ki, menden sonra peyğember yoxdur” (Buxari; Kitabul-meğazi 80/409, Fadail-eshab 9/54, Müslim, Fadail-eshab, 31 (2404), et-Tirmizi, Menaqib, 3731).
5. Müslim ve Tirmizinin revayetlerinde deyilir:
“Resulullah (s) Xeyber günü dedi: “Sabah bayrağı ele bir şexse vereceyem ki, O, Allahı ve Resulunu sevir, Allah ve Resulu da onu sevir”. Bu söze göre adamların çoxu boyunlarını ireli uzadırdılar ki, Resulullah onları görsün. Amma o dedi: “Elini yanıma getirin”. Elini getirdiler, onun gözleri ağrıyırdı. Peyğember onun gözlerine üfürdü ve bayrağı ona verdi. Allah onun eliyle fethi müyesser etdi”. Revayeti eden daha sonra deyir ki: “... gelin biz de oğlanlarımızı, siz de oğlanlarınızı; biz de qadınlarımızı, siz de qadınlarınızı...” (Ali-İmran, 61) ayesi nazil olduğu zaman Resulullah (s) Elini, Fatimeni, Hesen ve Hüseyni ® yanına çağırdı ve: “Allahım bunlar menim ailemdir!” – buyurdu” (Buxari, Kitabul-meğazi, 4/231, Müslim, Fadailus-sehabe 32, (2404), et-Tirmizi, Menaqib, 3726).
Hedisin birinci hissesinde Xeyberin fethinde Elinin fezileti qeyd edilir. Peyğemberin buyurduğu kimi Eli:
• Allah ve Resulunu sevir
• Allah ve Resulu da onu sevir. Bu böyük müjdedir. Resulullahın (s) bele meqamda şehadeti insan üçün dünyada elde ede bileceyi en böyük ne’metlerden biridir.
• Xeyberin fethi Elinin ® eliyle müyesser olmuşdur. Bu döyüş erefesinde bayrağın Eliye verilmesi sehabelerin gözünde mühüm hadise idi. Çünki bu, Allah ve Resulunun Elini sevdiyine sübut idi. Dünya seadetinden xeyirli olan bu meqama çatmaq ümidi ile her kes boynunu ireli uzatmış ve peyğemberin (s) onu görmesini istemişdi. Hetta Ömer bin Xettabın ® bele dediyi revayet olunur: “Heç vaxt döyüşe rehberlik etmeyi arzulamadığım halda, o gün “ne olardı, Resulullah (s) bayrağı mene vererdi” ümidi ile onun meni görmesi üçün başımı ireli uzatdım”.
Hedisin ikinci hissesinde Elinin başqa fezileti gösterilir: Eli ve ailesi Peyğemberin (s) ailesindendir.
6. Zirr bin Hübeyşi Eliden ® bele eşitdiyini revayet edir: “Toxumu çatladan ve canlıları yaradana and olsun ki, ummi peyğember (s) mene mö’minin meni seveceyine, münafiqin menden üz çevireceyini ehd etdi” (Müslim, İman 131, (78); et-Tirmizi, Menaqib, 3737; Nesai, İman, 20, (8, 117).
“Toxumu çatladan” – toxumları cücerden demekdir. Her gün seyr etdiyimiz bu hadise bize adi bir hal kimi görünür. Eslinde bu bir mö’cüzedir. Besit bir den torpağa düşdükde ondan gövde, yarpaq, çiçek, meyve, reng, qoxu, dad ve s. emele gelir. Bunlar “denin açılması”nın neticesidir. Buna göre Eli ® hadisenin sahibi Allaha and içmekle söze başlayır. Çünki Allah el-En’am suresinin 95-ci ayesinde “Şübhesiz ki, toxumu da, çerdeyi de cücerdib çatladan, ölüden diri, diriden ölü çıxardan” kimi tanıdılır.
“Ummi” – anaya mensubluğu bildirir. Bununla yazıb-oxumağı bilmemek nezerde tutulur. Çünki insan anadan olanda yazıb-oxumağı bacarmır. Bu Qur’anda bele bildirilir: “Allah sizi analarınızın betnlerinden heç bir şey bilmediyiniz halda çıxartdı” («en-Nehl», 78).
Resulullahın (s) “ummi” olmasına baxmayaraq, ona Qur’an kimi kitabın nazil olması, onun keçmiş ve gelecekden, kainatın mahiyyeti haqqında doğru, deyişmez xeberler vermesi onun en böyük mö‘cüzeleridir.
Hedis bele de revayet olunur: “Mö’min meni sever, münafiq meni sevmez”.
7. Cabir bin Abdullah ® revayet edir ki, “Taif günü Resulullah (s) Elini çağırdı ve onunla xüsusi görüşdü. Görüşün uzun çekdiyine göre adamlar: “Resulullah (s) emisi oğlu ile görüşmesini uzatdı” – dediler. Bunu duyan peyğember (s) buyurdu: “Onunla xüsusi görüşü men (öz arzumla) etmedim, Allah etdi” (et-Tirmizi; Menaqib, 3728).
Taif seferi zamanı peyğemberin (s) Eli ® ile görüşü o qeder uzandı ki, adamların be’zileri: “Emisi oğlu ile söhbeti uzatdı” – dediler. Bu sözlerin dedi-qodu niyyeti ile ve ya düşüncelerini “çekinmeden semimi şekilde söyleme terbiyesi” niyyeti ile de deyildiyini izah etmek olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyetle deyilmesinden asılı olmayaraq peyğember (s) meseleni aydınlaşdırmışdır. O, bu zaman “Kafirleri siz öldürmediniz, Allah öldürdü. (Düşmenlerin gözüne bir ovuc torpaq) atdığın zaman sen atmadın, Allah atdı” («el-Enfal» suresi, 17) ayesine uyğun üslubdan istifade etmişdir.
8. Enes ® revayet edir ki, “Resulullah (s) Beraet (et-Tövbe) suresini (Erefatda hecc ziyaretine gelenlere tebliğ etmek üçün) Ebu Bekre ® göndermişdi. Sonra onu çağıraraq: “Bunun, ailemden olmayan bir kimse ile tebliğ edilmesi uyğun deyil” – buyurdu. Sonra Elini ® çağıraraq sureni ona verdi” (et-Tirmizi; Tefsir, «et-Tövbe», 3089).
Alimlerin fikrine göre Ebu Bekrden (Alah ondan razı olsun!) sonra Elinin ® gönderilmesi ereblerin adetinden ireli gelir. Bu adete göre, müqavileni ancaq onu bağlayan kimse ve ya ailesinden olan başqa bir şexs poza biler. Buna göre Peyğember (s) bele etmişdir.
Surenin ilk ayelerinde müselmanların müşriklerle müqavile bağlamalarından söhbet getdiyini de nezere alsaq bunu bele izah etmek olar. Doğrusunu Allah bilir.
9. Ebu Hezim Seleme bin Dinardan revayet edir ki, “Bir nefer Sehl bin Se’din ® yanına gelir ve: “Medine emiri filankes minberin yanında Eli haqqında danışır” – deyir. Sehl: “Bu emir Eli haqqında ne deyir?” – deye soruşur. Ebu Hezim: “Emir Eliye Ebu Turab deyir” – dedikde, Sehl ibn Se’d güldü ve: “Allaha and olsun, Eliye bu leqebi Peyğember vermişdir ve Elinin en çox bu ad xoşuna gelirdi” – dedi. Ebu Hezim dedi: “Men bu leqebi peyğemberin Eliye nece verdiyini öyrenmekle lezzet almaq istedim ve Sehl ibn Se’dden soruşdum: “Ey Ebu Abbas, bu nece olub?” O dedi: “Bir defe Eli Fatimenin yanına girmiş ve sonra çıxaraq mescidde yatmışdı. Bu vaxt Peyğember gelib: “Emioğlum haradadır?” – deye soruşdu. Fatime: “Mesciddedir” – dedi. Peyğember mescide getdi ve Elinin küreyi torpağa batmış halda yatdığını gördü. Peyğember Elinin küreyinden torpaqları temizleyerek: “Otur, ey Ebu Turab! Otur, ey Ebu Turab!” – dedi. (Buxari; Kitabul-fadail-eshab 9/51).
10. Se’d bin Übeyde demişdir: “Ömerin oğlunun (ibn Ömerin) yanına bir adam geldi ve Osman haqqında soruşdu. İbn Ömer Osmanın yaxşı xüsusiyyetlerinden danışdı ve o adama: “Belke Osman haqqında dediklerim sene pis gelir?” – deye soruşdu. Hemin adam: “Beli” – deye cavab verdi. İbn Ömer: “Allah senin burnunu yere sürtsün!” – dedi. Sonra o adam İbn Ömerden Eli haqqında soruşdu. İbn Ömer Elinin gözel emellerinden danışdı ve: “Eli budur. Evi de peyğemberin (s) evlerinin en gözelidir” – dedi. Sonra yene: “Belke, Eli haqqında danışdıqlarım sene pis gelir?” – deye soruşdu. O adam: “Beli” – dedi. İbn Ömer ona: “Allah senin burnunu torpağa sürtsün! Get, menim baremde ne bacarırsan et!” – dedi” (Buxari; Kitabul- fadail eshab 9/52).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 735 Bölmə: Maraqlı melumatlar