beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İyulun 20-si orucluğun niyyət gecəsidir

Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.



Ramazan ayının ilk günü iyulun 21-nə təsadüf edəcək. İyul ayının 20-i isə orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan bayramı avqustun 20-nə təsadüf edəcək. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Ramazan ayının başlanması münasibətilə insanlara müraciət edib.



İslam qaydalarına görə, Ramazan ayında möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşqul olmalıdırlar. Camaat namazlarında iştirak etməli, Ramazan gecələrini, xüsusilə qədr gecələrini məscidlərdə ibadətlə keçirməli, alimlərin söhbətlərindən faydalanmalıdır.



Birinci qədr gecəsi - avqustun 7-dən 8-nə, ikinci - avqustun 9-dan 10-na, üçüncü qədir gecəsi - avqustun 11-12-nə , 4 qədir gecəsi isə - avqustun 15-dən 16 keçən gecəyə təsadüf edəcək.



Müqəddəs “Quran”da göstərilir ki, müsəlmanların orucluğun vacib əməli olan fitrə və zəkatını vaxtında ödəməsi və bununla da imkansızlara dayaq olması, onlara bayram sevinci yaşatması vacibdir. Hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3 kq buğda, arpa, düyü, qarğıdalı və ya xurma, kişmiş, ya da onun dəyərini pulla imkansızlara verməlidir. Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün iftar süfrələrinin açılması da orucun allah dərgahında qəbul olunması üçün bir vəsilədir.


Tarix: 07.06.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar