beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

`Allah`-ın adı möcüzədir

İordaniyanın Yərmuk universitetinin `Ərəb dili və ədəbiyyyatı` fakultəsinin ispanyalı tələbəsi Elen apardığı araşdırma nəticəsində `ALLAH` sözünün bir möcüzə olduğunu bildirib.
"Ərəb dilində oxuduğum ən gözəl söz `ALLAH` kəliməsidir.`O`-nun adının tələffüzündə belə,gözəl musiqi vardır.Çünki `O`-nun adının hərflərinin düzülüşü digər bütün adlardan fərqlidir.`ALLAH` sözünün tələffüzü dodaqlardan deyil,daxildən gəlir və bütün bədəni titrədir"-deyə Elen bildirib.
Əgər `ALLAH` kəliməsindən ilk hərf olan `əlif` hərfini çıxsaq,bu zaman söz `lilləhi` kimi oxunar.Bu isə Quranın aşağıdakı ayəsində belə qeyd edilib."Ən gözəl adlar (Əsma əl-hüsna) Allahındır.`O`-nu bu adlarla çağırıb dua edin(əl-əraf,180)
Əgər sözdəki birinci və ikinci hərfləri yəni `əlif` və `ləm` hərflərini ixtisar etsək,bu zaman o `ləhu` kimi oxunacaqdır.Bu isə `Əl-nisa,132`-də belə qeyd olunmuşdur."Göylərdə və yerdə nə varsa,hamısı Allaha məxsusdur."
`Əlif` və hər iki `ləm` hərflərini çıxarsaq isə yerdə `zəmməli`(ərəb dilində qısa`u` saitini bildirir) `hu` hecası qalır.Buna isə "O özündən başqa heç bir tanrı olmayan...Allahdır"(əl-həşr,22)ayəsini misal göstərmək olar.
Sözdəki ilk `ləm` hərfi çıxarıldığı təqdirdə isə kəlmə `ilah` kimi oxunacaqdır."Allahu lə iləhə illə hu" - "Allahdan başqa heç bir tanrı yoxdur"(əl-bəqərə,255)Bu ayədə `İlah` kəliməsi ilə Allahın nəzərdə tutulduğu şübhəsizdir.
`Bunlar Yaradanın adında belə `O`-nun ucalığının dəlilləridir`-deyə Elen bildirib.


Tarix: 05.06.2013 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar