beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd peyğəmbər (s.a.v)-dən gözəl cümlələr

İnsanlar Allahın əyalıdır.Allah bəndələri içərisində Onun dərgahında ən sevimli şəxs Allahın əyalına fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayandır.
* * *
Mənim ümmətim əmr be məruf və nəhy əz münkərdə səhlənkarlıq edib bu mühüm vəzifəni yerinə yetirməyi bir-birinə həvalə etsələr,bilsinlər ki,Allah ilə müharibəyə qalxmışlar.
* * *
Heç bir işi sabaha saxlama ki,hər günün öz işi var.
* * *
Kim məsləhətləşsə,peşman olmaz və kimdə orta həddi gözləsə,yoxsul olmaz.
* * *
Həqiqətən xoşxasiyyətli şəxs üçün oruc tutub,gecəni oyaq qalan adamın savabı vardır.
* * *
Az günah etsən,ölüm sənə asan olar.
* * *
Övladını pis tərbiyə edərək,onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.
* * *
Xalq bir şəxsin dilindən qorxarsa,o şəxs cəhənnəm əhlidir.
* * *
Allah Taala mülayim və mehribandır,hər işdə də mülayimliyi sevər.
* * *
Allah Taala öz bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.
* * *
Əli(ə) mənim canımdır.Ona itaət etmək,mənə itaət etməkdir.Onun göstərişindən çıxmaqsa,mənim göstərişimdən çıxmaqdır.
* * *
Allah Taala ata-anaya yaxşılıq edən insanın ömrünü uzadar.
* * *
Allah Taala bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.


Tarix: 04.06.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar