beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

istixarə namazı...

İstixarə namazı:
Bir iş görməyə niyyət edən kimsənin həmin iş üçün Allaha istixarə etməsi müstəhəbdir. Necə ki, bu hədisdə deyilir:

Cabir deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə Qurandan bir surə öyrətdiyi kimi, hər işdə istixarə etməyi öyrədir və deyirdi: «Sizdən biriniz bir iş görməmişdən qabaq iki rükət qeyri fərz namaz qılsın və sonra desin:
»اللَّهُمَّ إِنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ ، وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ ، وَتَعْلَمُ وَلاَ أَعْلَمُ ، وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ . اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ خَيْرٌ ليِ فيِ دِينيِ ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي – أَوْ قَالَ : عَاجِلِهِ وَآجِلِهِ – فَاقْدُرْهُ ليِ ، وَيَسِّرْهُ ليِ ، ثُمَّ بَارِكْ ليِ فِيهِ . وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ شَرٌّ ليِ فيِ دِينيِ ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي – أَوْ قَالَ : عَاجِلِهِ وَآجِلِهِ – فَاصْرِفْهُ عَنيِّ ، وَاصْرِفْنيِ عَنْهُ ، وَاقْدُرْ ليَِ الْخَيْرَ حَيْثُ كَانَ ، ثُمَّ أَرْضِنيِ بِهِ«
«Allahummə inni əstəxirukə biilmikə, və əstəqdirukə biqudratikə, va əsəlukə min fadlikə-l-azım, fə-innəkə təqdiru va lə əqdir, va tələmu va lə aləm, va əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tələmu ənnə həzə-l-əmra xeyrun li fi dini, və məaşi, va aqibəti əmri. Acilihi va əcilihi - fəqdurhu li, va yəssirhu li summə bərik li fihi. Va in kuntə tələmu ənnə həzəl əmra şərrun li fi dini, va məaşi, va aqibəti əmri, acilihi va əcilihi – fasrıfhu anni, vasrıfni anhu, vaqdur liyəl-xeyra heysu kənə, summə ardıni bihi». Bu duadan sonra istədiyini, ehtiyacını söylə.
«Allahım! Elminin xeyrini və Sənin qüdrətinə güvənərək güc istəyirəm. Səndən xeyir-dua diləyirəm. Sən Qadirsən, mən isə qadir deyiləm, Sən Bilənsən, mən isə bilmirəm. Təkcə Sən qeybi bilənsən. Allahım! Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda xeyirdisə, onu mənim üçün müəyyən et, asanlaşdır və bərəkətli et. Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda ziyandırsa, onu məndən uzaqlaşdır. Və mənim üçün harada olursa olsun xeyri yaxınlaşdır. Sonra məni ondan razı sal»[2] Bu duadan sonra istədiyini, ehtiyacını söylə.


------------------------------------------------------------------------------
[1] Buxari: 3/ 34/ ? 1149. Müslim: 4/ 1910/ ? 2458.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1136. Buxari: 11/ 183/ ? 6382. Əbu Davud: 4/ 396/ ? 1524. Tirmizi: 1/ 298/ ? 478. İbn Macə: 1/ 440/ ? 1383. Nəsai: 6/ 80.


Tarix: 01.05.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar