beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim imam dayanmalıdır? Uşaq imam dayana bilərmi?

İmam dayanmağa kim daha layiqdir?
Əbu Məsud əl-Ənsari Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaata, Allahın kitabını daha çox bilən şəxs imamlıq etsin. Əgər Quran bilikləri eyni səviyyədə olsa onda sünnəni daha çox bilən imam dayansın. Əgər sünnə biliklərində eyni olsalar onda daha öncə hicrət edən imam dayansın. Əgər bunda da bərabər olsalar onda İslamı daha öncə qəbul edən imam dayansın. Heç kəs başqasının sahib olduğu yerdə ona imamlıq etməsin və onun evində, icazəsi olmadan onun yerində oturmasın»[1].

Bu hədisə əsasən ev sahibi və təyin olunmuş imam və bu kimi digər insanlar imam dayanmağa daha layiqdirlər. Yalnız onlar icazə versələr başqaları imam dayana bilərlər. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisdə demişdir: «Heç kəs başqasının sahib olduğu yerdə ona imamlıq etməsin...».

Uşağın imam dayanması:
Amr ibn Sələmə deyir: «Fəth hadisəsi baş verəndə hər bir dəstə İslamı qəbul etmələri haqda xəbəri öz tayfasına çatdırırdı. Atam da bizim tayfamıza İslamı qəbul etmələri haqda xəbəri gətirdi və dedi: Allaha and olsun, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanından haqq-ədalət ilə gəlmişəm. O, dedi: Filan vaxt filan namazı, filan vaxt isə filan namazı qılın. Namazın vaxtı daxil olanda biriniz azan versin və Quranı daha çox bilən sizə imamlıq etsin. Onlar öz aralarında məndən başqa heç kəsin Quranı çox bildiyini tapmadılar. Çünki mən karvanların qarşısına çox çıxırdım. Onlar məni imam təyin etdilər və o vaxt mənim altı və ya yeddi yaşım var idi»[2].


[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 316. Müslim: 1/ 465/ ? 673. Tirmizi: 1/ 149/ ? 235. Əbu Davud: 2/ 289/ ? 578. Nəsai: 2/ 76. İbn Macə: 1/ 313/ ? 980. Onların rəvayətində deyilir: «...əgər onlar hicrət etməkdə bərabər olsalar onda yaşda böyük olan imam dayansın». Bu həmçinin Müslimin rəvayətidir.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 761. Buxari: 8/ 22/ ? 4302. Əbu Davud: 2/ 293/ ? 581. Nəsai: 2/ 80.


Tarix: 01.05.2013 / 17:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar