beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (Dördüncü)

Dördüncü, peyğəmbəri (s.a.v.) ailədən, övladdan, valideyndən və bütün insanlardan çox sevməkdir. Bu barədə Allah taala buyurur: “De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin! Allah fasiqləri doğru yola yönəltməz!” (ət-Tövbə, 24)

Ənəs deyir ki, peyğəmbər (s.a.v.) buyurmuşdur: “Atasından, övladından və bütün insanlardan əziz olmadığım kimsə iman etmiş sayılmaz”. Buxari və müslim rəvayət etmişlər.
Bir hədisdə bildirilir ki, onu sevməyin mükafatı onunla Cənnətə bir yerdə olmaqdır. Belə ki, Bir kişi rəsulullahdan (s.a.v.) Qiyamət haqda soruşduqda, ona dedi: “Onun üçün nəsə hazır¬lamısan?” Kişi cavab verdi: “Ya rəsulullah, onun üçün çoxlu namaz, oruc və sədəqə hazırlamamışam. Lakin, mən Allah və rəsulunu sevirəm”. Rəsulullah (s.a.v.) dedi: “Onda sevdiyinlə birgə olacaqsan”. Buxari və Müslim rəvayət etmişlər.
Ömər bin əl-Xəttab (Allah ondan razı olsun!) “Ya rəsulullah, sən mənə özümdən başqa hər şeydən əzizsən” – dediyi zaman, rəsulullah (s.a.v.) ona buyurdu: “Yox, canım əlində olana and olsun ki, mən sənə sənin özündən də əziz olmalıyam”. Bundan sonra Ömər dedi: “Vallahi, indi sən mənə mənim özümdən də əzizsən!” Rəsulullah (s.a.v.) ona dedi: “İndimi, ey Ömər?” Hədisi Buxari rəvayət etmişdir.
Peyğəmbər (s.a.v.) buyurur ki, “Kimdə bu üç şey varsa, onda imanın şirinliyi də var: “Allah və rəsulu ona digərlərindən daha əziz olar, bir kəsi yalnız Allah üçün sevər və oda atılmaq istmədiyi kimi, Allah onu küfrdən xilas etdikdən sonra yenidən küfrə qayıtmağı istəməz”. Hədisi Buxari və Müslim rəvayət etmişlər.
Heç şübhə yoxdur ki, Allahın iman şirinliyini dadmağı nəsib etdiyi kəslər, onun peyğəmbərinə (s.a.v.) itaət etmək¬dən də həzz alar və izzət və cəlal sahibi olan Allaha üçün bütün çətinliklərə də qatlanarlar. Həmin şəxs Məhəmmədin (s.a.v.) şəriətinə uyğun olmayan yollarla getməz. Çünki, onun bir peyğəmbər olduğuna razıdır və onu peyğəmbər kimi sevmişdir. Onu sidq ürəklə sevən, ona itaət də edər.
Onu sevməyin əlamətləri bolluqda və sıxıntıda, çətinlikdə və rahatlıqda onu örnək etmək, sünnətinə tabe olmaq, əmrlərinə riayət etmək, qadağalarından çəkinmək və onun tərbiyəsi ilə tərbiyələnməklə təcəlli edir. Əlbətdə ki, kimsə bir şeyi sevsə, onun görünən tərəfi də olar. Rəsulullahı (s.a.v.) sevməyin nişanəsi olmasa, deməli həqiqi sevgi yoxdur və bu yalnız iddiadır.
Onu sevməyin əlamətlərindən biri də nəsihətdir. Rəsulullah (s.a.v.) “Din nəsihətdir” – buyurduğu zaman ondan soruşdular: “Kimin üçün?” Buyurdu: “Allah üçün, Onun kitabı üçün, peyğəmbəri üçün, müsəlman imamlar üçün və bütün müsəlmanlar üçün!” Hədisi müslim rəvayət etmişdir. Allahın elçisi üçün olan nəsihət onun peyğəmbərliyini təsdiq, əmrlərinə itaət, qadağalarından çəkinmək, ona dəstək olmaq, diri və ölü olarkən onu qorumaq, sünnətini dirçəltmək, ona uyğun əməllərə sahib olmaq, onu öyrənib öyrətmək, ona atılan pislikləri dəf etmək, onu yaymaq və əxlaqı ilə tərbiyələnməklə mümkündür.


Tarix: 17.04.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar