beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qohum-əqrəbalarla münasibətin möhkəmləndirilməsi

Allaha həmd, şükür, təriflər olsun. Allah təala bizə bitib-tükənməz nemətlər bəxş etmişdir. Bu nemətləri insanların çoxu bilmir. Ümumiyyətlə insanın cibində pulu çox olanda, qarnı tox olanda, hər şeyi hazır qarşısında görəndə bunun elə belə də olmalı olduğunu zənn edir. Əslində çox vaxt insan düşünmür ki, bu qədər nemətlərin hamısını onun üçün hazırlayan Allahdır. Allah təala biz insanlara ən böyük nemətlərindən də biri olan qohum-əqrəba bəxş etmişdir.

Ona görə də biz qohumlarla əlaqələrimizi möhkəmləndirməli, onlara qarşı mehriban münasibətdə olmalıyıq. Əlbəttə bu çətin işdir. Çünki qohumlar içərisində bizi sevməyən, bizə düşmənlik bəsləyən, bizim pisliyimizi istəyənlər daha çoxdur. Bilmək lazımdır ki, onların çoxu bizə düşməndir. Bu düşmənçiliyi bizə qarşı yönəldən də yenə Allahın düşməni olan şeytandır. Çünki o istəməz ki, insanlar birlikdə xoş münasibətdə, xoş söhbətlərdə olsunlar. Çünki bu mehribançılığı və insanlara yaxşılıq etməyi Allah istəyir. Allahın istədiyi hər bir neməti isə şeytan bizə olan paxıllığına görə hər vasitə ilə aradan götürmək istəyir. Elə hallar baş verir ki, sən qohumunu həddən artıq çox istəyirsən, istəyirsən ki, həmişə qohumunun həm çətin günlərində, həm də asan günlərində yanında olasan. İstəyirsən ki, tez-tez onlara ziyarət edəsən, onları evinə dəvət edəsən. Bu vaxt Allahın düşməni olan şeytan araya girib müdaxilə edərək qohumlarla əlaqənin kəsilməsinə səbəb olacaq fitnələr çıxarır. Allah təala bu həqiqəti bizə xəbər vermişdir: “- (Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir” (Yusif surəsi, 5), “- (Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 53), “- (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!” (əl-Kəhf (Mağara) surəsi, 50), “Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir, Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?! Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi? Bu sizə vəd olunan Cəhənnəmdir! Kafir olduğunuza görə bu gün girin ora, yanın! Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər. Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər). (Yasin surəsi, 60-66).
Çox vaxt insanlar bunu görmürlər. Dərk etmirlər. Ona görə də biz bilmədən və yaxud da çoxumuz bilərək o düşmənin tələsinə düşürük. Halbuki, Allah təala bizə belə buyurur:
“- O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!” (əl-Bəqərə (İnək) surəsi, 27).

İnsan düşünməlidir ki, o təkdir. Onun həqiqətən də ürəkdən canı yananı, onu qoruyanı, onun kömək edəni yoxdur. Ona kim tərəfindən nəsə bir yaxşılıq gəlirsə, nəsə bir xeyir gəlirsə o da Allah təaladandır. Ona görə də hər bir insan çalışmalıdır ki, yalnız Allah xatirinə, Allahın razılığı üçün qohumluq əlaqələrini möhkəmləndirsin. Düzdür sən çalışırsan ki, qohumlarla əlaqəni möhkəmləndirəsən, ona olan istəyini üzə çıxarasan. Lakin hər bir insanın öz xasiyyəti var, elə insan var ki, istəyini və sevgisini göstərə bilmir, hətta istəmir və sevmir, lakin ikiüzlülük edib özünü elə göstərir ki, biz həqiqətən də onun bizi sevdiyini düşünürük. Təəssüf ki, o öz həva və istəyinə tabe olur və şeytanın tələsinə düşür, aldadır, biz isə bunu fərq etmirik. Elə insan da var ki, həqiqətən də səni sevir və istəyir, təəssüf ki, bunu üzdə göstərə bilmir. Bu xasiyyətdən asılıdır. Ola bilər ki, biz də qohumumuzu çox sevək, istəyək, lakin bunu ona göstərə bilməyək. Bu ümumiyyətlə təkcə qohuma olan münasbət yox, eyni zamanda həyat yoldaşımıza, müsəlman qardaşımıza və ya bacımıza, həmçinin bizimlə münasibətdə olan hər bir kəsə aid ola bilər. Hər kəsin bir xasiyyəti var. Biz isə bacardığımız qədər qohum-əqrəbaları sevməli və çox istəməliyik. Biz bunu dərk etməliyik ki, Allah təala bizi onların üçərisndə yaradıb. Qohum-əqrəbalar içərisində ən çox sevgiyə və hörmətə layiq olan ata-anadır. Biz çalışmalıyıq ki, bacardığımız qədər ata və anamıza daha çox sevgi və qayğı ilə nəvaziş göstərək. Bu Allahın bizə olan əmridir. Allah təala bizə valideynlərimizə qarşı olan bütün borclarımızı bildirmişdir. Onlardan əsasən qoyub gedəcəyimiz maldan valideynlərimizə verməyi, “- Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir” (Bəqərə, 180), onlara yaxşılıq etməyi, “Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz” (Bəqərə 83), onları sevib, malımızdan verməyi “- Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!”, onlarla yaxşı keçinməyi, onlara xoş söz deməyi, onları incitməməyi “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi, 14-15) bizə əmr etmişdir.

Əgər biz Allah təalanın bu əmrlərindən çıxmış olsaq onda özümüzə zülm etmiş olarıq. Amma çoxumuz bu haqlara layiqincə riayət edə bilmirik. Allah təala bizi və bütün müsəlman bacı və qardaşlarımızı bağışlasın. Amin! Əlbəttə bəzən valideynlərimiz bizi çox istəsə də özləri də bilmədən bizə çətinlik gətirə bilərlər. Ona görə də valideyn də ehtiyatlı olmalıdır. Allah təala bizi həm yaxşı övlad, həm də yaxşı valideyn etsin. Amin! Valideynlərdən sonra digər qohum-əqrəbalar və onların haqq və hüquqları gəlir.


Tarix: 12.04.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Maraqlı melumatlar