beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızlar üçün: "Onu evlənməyə necə razı salaq?"
Qızlar üçün:

Sevirsiz və sevilirsiz, yanınızda arzularınızın kişisi var. Artıq heç bir arzunuz qalmayıb, bircə ona ərə getməkdən başqa. Çünki o, hələ də sizə evlilik təklif etməyib. Əgər “nikah sevgini öldürür” şablon fikri sizə yaxın deyilsə, “onun həyat yoldaşı” statusunu qazanmaq istəyirsizsə, o zaman münasibətinizə göz gəzdirin. Ola bilsin sevgilinizin sizə evlənmək təklif etməsi üçün bir neçə addım atmalısız. Beyaz.Az lent.az-a istinadən sevdiyinizə ərə getmək üçün 6 məsləhət təqdim edir.

Hədəf, istəklərini öyrənin

Onunla gələcək planları, xəyalları haqqında söhbət açıb, gələcək həyatında yerinizin olub olmadığını öyrənin. Ümumiyyətlə, gələcəkdə sizin üçün bir ailə görünürmü?! Əgər dəyər və prioritetləriniz oxşardırsa, onda növbəti addıma keçə bilərsiz.

Onun dostu olun

“Qadın qonaq otağında əsl xanım, mətbəxdə evdar xanım, yataqda fahişə olmalıdır.” Bu formulu hər birimiz bilirik. Ancaq bu formula daha bir cümlə də əlavə etmək olar - “qadın sevgilisi üçün dost olmalıdı”. Məhz dostluq cütlüklər arasında güvən və qarşılıqlı anlaşmanın təməlini qoyur. Əgər sevdiyiniz plan, düşüncə, ideyalarını sizinlə bölüşürsə, onun başlıca məsləhətçisi sizsinizsə, onda evlilik problemini həll etməyə yaxınsız.

Ailəsi və dostları ilə yaxşı münasibət qurun

Hətta ən müstəqil kişi belə yaxınlarının və dostlarının fikirlərinə laqeyd yanaşa bilmir. Düşüncələrinin lideri olan yaxınları, dostları ilə münasibətinizi yaxşılaşdırmalısız. Əgər sevgilinizin anası ilə dost olmusuzsa, onda unutmayın ki, evlilik problemini həll etməkdə artıq bir köməkçiniz var.

Onu dəyişməyə çalışmayın

Kişini olduğu kimi qəbul etmək və onu öz qaydalarınla idarə etməyə çalışmamaq nadir istedaddır. Əlbəttə, kişi sevdiyinin təsiri ilə dəyişə bilər, ancaq ilham alaraq, təzyiq, müqayisə, ya tənqidlərlə deyil. Müdir rolunu oynamayın.

Onu tez-tez tərifləyin

Onu olduğu kimi qəbul edib tərifləməyi unutmayın. Kişi sizin gözlərinizə baxarkən qəhrəmanınız olduğunu hiss etməlidir. Onun bütün uğurlarını bir qeyd edin. Bir insanı qəbul edib, lazımlı olduğunu hiss etdirməklə tezliklə evlilik təklifi alacaqsız.

Rahatlayın

Bütün silahları əlinizə alıb, onu evliliyə razı salmaq üçün çalışmaq yerinə silahları kənara qoyun və rahatlayın. Bütün düşüncə, davranışlarınızı “evlənməyə necə vadar edim?” sualına yönəltmək sizi nikah idarəsinə aparmayacaq. Ondansa hər andan zövq alın, özünüzə rahatlıq verin və edəcəyiniz bir şey yoxdursa, sadəcə gözləyin.


Tarix: 04.05.2015 / 10:42 Müəllif: Aziza Baxılıb: 326 Bölmə: Maraqlı Melumatlar