beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçmişdə Yaşadığını sübut edən İnsan!

Bəzən yaşadığımız anları daha əvvəl yaşamış kimi bir hiss keçiririk. Mən bu anı daha əvvəl yaşadım! dediyiniz bir çox anınız olmuşdur. Bu hadisənin adına Dejavu deyilir. Elmi açıqlaması dejavu beyin içərisindəki hüceyrə meydana gəlmələri və yorğunluğa bağlı olan olan bir vəziyyətdir və beynimizin bizə oynamış olduğu real olmayan bir oyundur.

Bəzi inanclara görə isə insanlar ölür və ruhları bədənlərindən ayrılır. Bu ayrılma sonrasında, yenidən ana qarınında canlanır və yeni həyatlarını yaşamağa başlarlar. Bu inanışda insan ruhu tərk etdiyi bədəni buraxaraq yeni bədəndə dünyaya gəlir və doğumdan ölümə qədər olan mərhələləri yenidən yaşar. Lakin köhnə həyatından izlər daşımaz və yeni həyatında bütün təcrübələri yenidən öyrənər.

Bunun dünya üzərində heç bir dəlili olmamaqla birlikdə elmi mənada əsli olmadığı açıqlanmışdır. Ancaq dünya üzərində meydana gələn əsrarəngiz bir hadisə, sual işarələrini yenidən gündəmə gətirmiş vəziyyətdədir. Hadisə 1930-ci ildə Hindistanda meydana gəlir və bu bölgədə Delphi şəhərində yaşayan Shanti Deva adlı qız uşağının başından keçir. Kiçik qız bir gün ana və atasına, əvvəl yaşadığı həyat ilə əlaqədar məlumatlar verməyə başlayır. Kiçik qız verdiyi məlumatlarda əvvəlki adının Ludgi olduğunu ifadə edərək, yaşadığı kəndin adının Muttra olduğunu və oradakı həyatını, gördüyü işi və ərinin adını deyir. Bu məlumatlar işığında kəndə gedən qızın ana və atası, həqiqətən kənddə Ludgi adında bir qadının yaşadığını və ərinin adına qədər bütün məlumatların doğru olduğu ortaya çıxdı. Kəndə aparılan kiçik qız birdən o kənddəki evinə yönəldi və o kəndin ləhcəsi ilə danışmağa başladı. Şahid olanları çox təəccübləndirən bu hadisə nəticəsində kənddə aylar sürən dini ibadətlər təşkil edilərkən kiçik qızın hayatıda dəyişdi.

Kənddə yaşamağ istəyən kiçik qız üçün ailəsi bütün həyatlarını dəyişdirdi və kəndə köçməyə qərar verdilər. Kənd həyatının bütün incəliklərini zaman içində xatırlayan kiçik qız isə kənd xalqı tərəfindən insan üstü bir varlıq olaraq görülərək hörmət edildi. Elm adamlarıda bu mövzuda bir araşdırma ediblər və kiçik qızın əvvəlki həyatıyla əlaqədar tam 24 dəlil təqdim etdiyini və bu dəlillərin isbat edildiyini bildiriblər. Qəti bir nəticəyə gəlmədikləri hesabatlarını təqdim ediblər.


Tarix: 01.04.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 411 Bölmə: Maraqlı Melumatlar